• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı səhnəsində Azərbaycan-Amerikan tandemi – REPORTAJ

Bakı səhnəsində Azərbaycan-Amerikan tandemi – REPORTAJ
08.04.2016 17:10

Rüstəm Qasımov

Bir neçə gün əvvəl Kamera və orqan musiqisi zalında (Kirxa) tanınmış pianoçu, Bakı Musiqi Akademiyasının professoru, əməkdar artist Nərgiz Əliyeva ilə amerikalı istedadlı skripaç, "Harlem Quartet” musiqi kvartetinin üzvü Melissa Uayt çıxış etdilər. 

Konsert proqramı görkəmli avstriyalı bəstəkar Yozef Haydnın "Sonata fa-major” əsəri ilə açıldı. Zalda bütün yerlər dolmuşdu, əsl anşlaq idi! Konsert proqramlarını təkcə orta və yaşlı insanların deyil, gənclərin də izləməyə gəlməsi olduqca gözəl tendensiyadır. 

Sonra Nərgiz xanım əfsanəvi polyak bəstəkarı və pianoçu-virtuoz Frederik Şopenin əsərlərini ifa etdi. Şopenin əfsanəvi "Noktyurn” əsərini ifa etməzdən əvvəl, Nərgiz xanım onun tarixçəsi barədə məlumat vermək qərarına gəldi. Pianoçunun sözlərinə görə, bu əsərlər Şopenin ölümündən sonra tapılıb və bir neçə gündən sonra onun dəfn mərasimində ifa edilib. "Mən istərdim ki, bu ifanı bir neçə gün əvvəl cəbhə bölgəsindəki toqquşmalar zamanı həlak olan Azərbaycan şəhidlərinin xatirəsinə həsr edim”, - Əliyarova bildirdi.  

Bundan sonra Nərgiz xanım zaldakılardan xahiş etdi ki, Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilsin. 

Sonra isə səhnəyə amerikalı skripaç Melissa Uayt çıxdı, publika onu gur alqışlarla qarşıladı. Melissa Uayt çıxış etməzdən əvvəl Nərgiz xanım onun haqqında məlumat verdi: "Biz Melissa ilə iki gün qabaq o, Bakıya gələndə tanış olmuşuq. Qısa zamanlıq tanışlığa baxmayaraq, bir-birimizi çox gözəl anlamağa başladıq. O istedadlı ifaçı və öz işinin ustasıdır. Melissa "Spring” beynəlxalq musiqi müsabiqəsinin laureatıdır. O həmçinin "Qremmi” mükafatına layiq görülən Amerikan "Harlem Quartet” kvartetinin üzvüdür. Qeyd edim ki, bu gənc və istedadlı ifaçıya məşhur Amerikan fondu olan "Sfinks” yardım edir, bu fondun baş direktoru və bədii rəhbəri isə Amerikada yaşayan həmyerlimiz Afaq Sadıqlı-Dvorkindir. Bütün Amerika boyu qasrol səfərlərinə çıxan öz orkestri olan bu fond kasıb ailələrdən çıxanlar da daxil, gənc musiqiçilərə dəstək olur, festivallar və müsabiqələr keçirir. Mən çox fəxr edirəm ki, belə təşkilatın başında dayanan insan azərbaycanlıdır. Mən bir musiqiçi kimi Afaq xanıma minnətdaram ki, onun rəhbərlik etdiyi fond gənc istedadlara dəstək olur və musiqi sənətinin inkişafına töhvə verir”.

İfaçıların birgə çıxışı publikanın hədsiz xoşuna gəlmişdi. Beləliklə, bir saatda artıq davam edən konsert proqramı yekunlaşdı. 

Elmi, maarifçiliyi, təhsil və mədəniyyəti təbliğ edən ANN.Az portalı paytaxtımızda baş verən mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur, bu dəfə sizə klassik musiqi gecəsindən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 







































www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol