• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Britaniya Film Baharı festivalı keçiriləcək

Bakıda Britaniya Film Baharı festivalı keçiriləcək
08.04.2016 21:38
Nizami Kino Mərkəzində Britaniya Film Baharı festivalı keçiriləcək.
 
"British Council”dan APA-ya verilən məlumata görə, festival Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və "Nizami" Kino Mərkəzinin təşəbbüsü ilə aprelin 25-dən 30-dək baş tutacaq.
 
Festival çərçivəsində müasir Britaniya  kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmləri nümayiş olunacaq.
 
Tədbir Kolm Toybinin eyniadlı romanına əsaslanaraq çəkilmiş, ssenari müəllifi Nik Hornbi, rejissoru Con Krauli olan Oskar-nominasiyalı "Bruklin" tarixi dramının premyerası ilə açılacaq.
 
Festival çərçivəsində həmçinin baş rolunu Meqqi Smitin ifa etdiyi "Furqondakı ledi", Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarında Kolin Farrel və Reyçel Vaysın çəkildiyi Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla, 6 film izləyicilərə təqdim olunacaq.
 
Festival müddətində British Council tərəfindən təşkil olunan online müsabiqələrin iştirakçılarına bir çox bilet və hədiyyələr təqdim olunacaq.
 
Azərbaycanda ikinci Britaniya Film Baharının təşkil olunması münasibətilə British Council Azərbaycanın direktoru Elizabet Uayt bildirib ki, məqsəd Britaniya film və kinematoqrafçılarını azərbaycanlı tamaşaçılarla bir araya gətirmək, eyni zamanda innovasiyalar, müxtəliflik və mükəmməlliyi nümayiş etdirmək və mədəni mübadilələr üçün imkanlar axtarmaqdır.
 
Ekran əsərləri rus dilində alt yazılarla ingilis dilində nümayiş ediləcək.  
 
Biletlərin qiyməti 2 manatdır.  

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol