• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur fransalı aktyor Bakiya gəlir

Məşhur fransalı  aktyor Bakiya  gəlir
10.04.2016 12:30
 
« Fransız dili və Frankofoniya Həftəsi » münasibətilə, fransız pantomima aktyoru Loran Dekol,  ADO Teatrı, Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu ilə birgə, bazar ertəsi 11 aprel və çərşənbə axşamı 12 aprel tarixlərində ADO Teatr-da peşəkar aktyorların iştirakı ilə WORKSHOP təşkil edəcək. Tədbirdə məşhur fransalı  rejissor-aktyor Loran Dekol iştirak edəcək.

 
 
Loran Dekol 100-ə yaxın ölkədə 2000 tamaşa və təlim stajları həyata keçirmiş jest teatr  şirkətinin bədii rəhbəridir.


Loran Dekol Marsel Marso və Etyenn Dekrunun imtiyazlı tələbəsi  idi. Bundan başqa, o, Jan-Luk Lagars,  Andre Benişu, Denis Llorka, Fransua Jakob tərəfindən səhnələşdirilmiş  çoxsaylı digər tamaşalarında bir aktyor kimi çıxış edir ...


O, həmçinin Marsel Marso adına Mimodrama Beynəlxalq Məktəbinin professoru, Franş-Konte regionun Mədəniyyət İşləri direktoru və Qabon Respublikası Mədəniyyət və İncəsənət Nazirinin müşaviri idi.


Bir neçə ildir ki, o, teatr-drama məktəblərində, şirkətlərdə məşqçi kimi qeyri-verbal dil və bədən ifadəsi üzrə təlim stajları canlandırır.


Onun müasir pantomima aktyorunun  görünüşü uzun iş təcrübəsinə əsaslanır. O, aktyorların formalaşmasına bu fənni daxil etmək fikrini daimi müdafiə edir.


Pantomima, əvvəllər yalnız təsadüfi məcburiyyət qarşısında ortaya çıxırdı (səssiz kino, commedia d'el Arte, dil problemləri ..), amma sonralar Deburo, Marso və Barro Dekru kimi aktyorların sayəsində öz-özlüyündə bir ayrı dil, ifadə tərzi və müstəqil fənn olmuşdur.


Bu sıraya  Çaplinin, Buster Keatonun, Jak Tatinin adları da əlavə olunmalıdır, Loran Dekol onların varisi və davamşısıdır. Bədən pantomiması aktyoru üstünlüyü jestlərə, münasibətlərə verməlidir,  amma səs effektləri və hətta sözləri işlətməkdən çəkinməməlidir.
 
O, Marsel Marso Beynəlxalq Pantomima məktəbinin və Danimarkanın Holstebro şəhərində yerləşən aktyorluq sənəti üzrə araşdırmalar İnistitutunun məzunudur. 
 
O, 2000-ci ildə İncəsənət və Ədəbiyyat ordeni ilə təltif olunub.
O, "Aperçus" incəsənət jurnalının  baş redaktoru olmuşdur.
O, Fransa və xaricdə pantonima festivallarında bir çox mükafatlar qazanmışdır.
Onun yaratdığı əsas tamaşalar aşağıdakılardır:
« Timoleon Mangus »
« Mimika səssizliyə söz verir »
« Oh Lac »
« Professor Nebelkot»
« Zoo Story »
« Avroranın gözləri »
« Əşyalar da ölür »
« Heyvanat parkında bir adam »
« Məktəb jestləri »
 
Onun  "Tikilmiş ağız" tamaşası, komik və gözlənilməz hallar ilə üzləşən son dərəcə xüsusi, lovğa, təkəbbürlü, özündən razı və gülünc personaj səhnələşdirir. Bu personajın saysız yersiz hərəkətləri gülüşə hətta qəhqəhəyə səbəb olur.
 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol