• $
  • €
  • ₽
  • ₺
  • £

Almaz Ələsgərli yenidən Musiqili Teatrda

Almaz Ələsgərli yenidən Musiqili Teatrda
13.04.2016 15:52

Ölkənin tanınmış sənətçilərindən biri, sevilən müğənni, Əməkdar artist Almaz Ələsgərli Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyətə başlayıb.
 
Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu yaxınlarda Almaz xanım Ələsgərlinin baş rolu ifa edəcəyi yeni səhnə əsəri tamaşaçılara təqdim olunacaq. "Mən Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komdeyia aktyorluğu” fakültəsində təhsil almışam. İlk dəfə 1985-ci ildə - tələbə ikən məhz burda – Musiqili Teatrda səhnəyə çıxmışam. Emin Sabitoğlu və xalidə Hasilovanın "Nəğməli könül” əsərində baş qəhrəmanı – Könül obrazını canlandırmışam. Sonra tale elə gətirdi ki, teatrdan uzaq düşdüm, əsasən müğənnilik fəaliyyəti ilə məşğul oldum. Amma bütün bu illər ərzində ürəyim həmişə teatrın, səhnənin yanında oldu. Elə bilirdim ki, həyatımda nəsə çatmır. Əmin olanda ki, içimdəki teatr, səhnə sevgisi məni heç vaxt tərk etməyəcək, qərar verdim ki, yenidən bu şöhrətli kollektivə qayıdım. Xeyirxah insan, əvəzsiz dost kimi tanıdığım Əliqismət müəllimə müraciət etdim. Sağ olsun, məni qəbul etdi, dinlədi və Musiqili Teatrda aktrisa kimi fəaliyyət göstərməyim üçün şərait yaratdı. Hazırda baş rollardan birini ifa etdiyim yeni tamaşanın məşqləri gedir. Burda çox gözəl yaradıcı mühit, səmimi, işgüzar kollektiv var. Yaxın zamanlarda hazırladığımız tamaşanın premyerası olacaq. Qeyd edim ki, bu səhnə əsərinin quruluşçu-rejissoru, həm də bu tamaşada mənim tərəf-müqabilim olan Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamaldır. Fürsətdən istifadə edib bir daha mənə göstərdiyi etimada görə Dövlət Musiqili Teatrının direktoru, Azərbaycanın böyük ziyalısı Əliqismət Lalayevə təşəkkür edirəm”, - deyə Əməkdar artist Almaz Ələsgərli bildirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol