• $
  • €
  • ₽
  • ₺
  • £

Numizmatika kolleksiyası muzeyi - FOTOREPORTAJ

Numizmatika kolleksiyası muzeyi - FOTOREPORTAJ
13.04.2016 20:30
Rüstəm Qasımov

Bu gün biz sizinlə Gürcüstan Dövlət Muzeyinə, numizmatika kolleksiyası muzeyinə baş çəkəcəyik. Qeyd edim ki, bu incəsənət məbədi özündə bir neçə muzeyi ehtiva edir, onlardan hər biri diqqət və ətraflı öyrənmə tələb edir. Biz bu dəfə sikkələrə diqqət ayıracağıq. 

Gürcüstanda sikkələrin dövriyyəyə buraxılması son 27 əsri əhatə edir. Bunlara qədər isə insanlar natural ticarətlə məşğul olurdu. Elm adamları güman edirlər ki, ilk sikkələrin yaranması eramızdan əvvəl 7-ci əsrə, Kiçik asiya ölkəsi olan Lidiya dövrünə gedib çıxır. Sonra isə sikkələr Qədim Yunanıstanda Egina adasında peyda olub. Müasir Gürcüstan ərazisində sikkə hazırlamağa eramızdan əvvəl 6-cı əsrdə başlayıblar, o zamanlar Gürcüstan Kolxida adlanırdı. Qeyd etmək yerinə düşər ki, 1834-cü ilə qədər Gürcüstanda daimi olaraq sikkə kəsilib. 

Sikkələrdən sonra dövriyyəyə kağız pullar buraxılıb, bu isə dövlətçiliyin müəyyən mərhələ keçdiyini, inkişafını göstərir. Sikkənin pulla əvəzlənməsi iqtisadiyyatın, mədəniyyətin, ölkənin daxili və xarici siyasətinin təkmilləşdiyini göstərir. 

Gürcüstanda bu mərhələlərin tez inkişaf etməsi ölkənin strateji bölgədə, Avropa ilə Asiyanın kəsişməsində, ticarət yollarının üstündə yerləşməsi ilə izah olunur. Gürcüstan numizmatika muzeyinin kolleksiyasına 100 minə yaxın sikkə daxildir, onların böyük əksəriyyəti elə Gürcüstan ərazisində tapılıb. 

Elmi, mədəniyyəti, təhsil və maarifçiliyi təbliğ edən ANN.Az portalı oxucularını dünyanın müxtəlif şəhərlərindəki maraqlı muzey və məkanlarla tanış etməkdə davam edir. Bu dəfə Gürcüstan numizmatika muzeyindən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 

























www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol