• $
  • €
  • ₽
  • ₺
  • £

Nadir Əbdürahmanovun “Rəsm və qrafika” albomu - FOTOREPORTAJ

Nadir Əbdürahmanovun “Rəsm və qrafika” albomu - FOTOREPORTAJ
14.04.2016 22:00
Rüstəm Qasımov

Bir müddət əvvəl Xalq Bankın əsas ofisində "Xalq əmanəti” layihəsi çərçivəsində görkəmli azərbaycalı rəssam, xalq rəssamı Nadir Əbdürrahmanovun həyat və yaradıcılığını əks etdirən albomu təqdim edildi. 

Tədbirə gələn qonaqları salamlayan Xalq Bankın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşən Eynullayev bildirdi ki, "Xalq əmanəti” layihəsi Azərbaycanın görkəmli rəssam, şair, elm adamlarının və digər sahələrin nümayəndələrinin yaradıcılığına həsr olunub.

Bu dəfəki tədbir isə, görkəmli rəssamımız Nadir Əbdürrahmanovun həyat və yaradıcılığına həsr olunmuşdu.

Rəssamın "Rəsm və Qrafika” albomunun təqdimatı mərasimində Azərbayca Dövlət Rəssamlıq Akademiyasnın rektoru Ömər Eldarov, xalq rəssamı, professor Səlhəb Məmmədov, Fərhad Xəlilov, millət vəkili Rafael Hüseynov, Tofiq Ağababayev kimi tanınmış şəxslər iştirak edirdilər. 

Təqdimat mərasiminə həmçinin rəssamın oğlu Arif Əbdürrahmanov da qatılmışdı. 

Ekspozisiyaya "Qız Qalası” qalereyası rəssamın 50 əsərini təqdim etmişdi. Bura həm rəsmlər, həm də qrafikalar daxil idi. 

Rəssamın əsərlərində Azəbaycan tarixinin zəngin tarixi, milli koloriti, həmçinin sənaye və kənd peyzajlarının bol olduğu sosial realizm öz əksini tapıb. 

Rəssam barədə bir-iki kəlmə. Nadir Qəmbər oğlu Əbdürrahmanov 5 dekabr 1925-ci ildə Laçında doğulub. Rəssam bu sənətin sirlərini əvvəlcə Əzim Əzimzadə adına kollecdə öyrənib, sonra isə təhsilini Repin adına Leninqrad rəssamlıq, heykəltaraşlıq və memarlıq akademiyasında davam etdirib. 1964-cü ildə Azərbaycan xalq rəssamı adına layiq görülüb. 

2010-cu ildən start götürən "Xalq əmanəti” layihəsi Azərbaycan mədəni irsinin qorumaq və təbliğ etmək missiyası daşıyır. 3 dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitablar orta və ali təhsil məktəblərinə, uşaq evləri və kitabxanalara, fondlara, dövlət müəssisələrinə, Azərbaycandakı xarici nümayəndəliklərə, səfirlərə, konsulluqlara ödnişsiz paylanılır. 

Elmi, təhsili, maarif mədəniyyəti təbliğ edən ANN.Az xəbər portalı paytaxtımızda baş tutan mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur. Bu dəfə oxucularımıza Nadir Əbdürrahmonovun "Rəsm və Qrafika” sərgisindən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 



































www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol