• $
  • €
  • ₽
  • ₺
  • £

Sputnik qiraət şeir layihəsinə start verir - VİDEO

Sputnik qiraət şeir layihəsinə start verir - VİDEO
15.04.2016 16:12
Sputnik Azərbaycan informasiya agentliyi və radiosu Sputnik.Qiraət şeir layihəsinə start verir.

 Layihə çərçivəsində Azərbaycanın ictimai-siyasi  və incəsənət xadimləri görkəmli Azərbaycan şairlərinin şeirlərini oxuyacaqlar. Layihə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyevin çıxışı ilə başlayır. O,  müasir ədəbiyyatımızın klassiki Səməd Vurğunun "Azərbaycan" şeirindən bir parça oxuyur.

"Sputnik.Qiraət layihəsində dövlət xadimlərindən tutmuş populyar musiqiçilərədək Azərbaycanda məşhur olan şəxslər iştirak edəcəklər. Onları yaşları və fəaliyyət sahələri ayırsa da, Azərbaycana və onun mədəniyyətinə olan sevgiləri birləşdirir. Bizim layihəmizin formatı iştirakçılara özlərini qeyri-ənənəvi ampluada, yəni qiraətçi kimi sınamağa imkan verəcək. Azərbaycan poeziyası çox rəngarəngdir və biz oxucularımızın da təşəbbüsümüzə qoşularaq öz videolarını bizə göndərmələrini arzu edirik", deyə Əziz Əliyev bildirib.

Layihənin inkişafı ilə paralel olaraq portalda hər bir sosial şəbəkə istifadəçisi şeir oxuya və videonu Facebook-da Sputnik Azərbaycanın rəsmi səhifəsinə göndərə bilər. Həmçinin hər bir sosial şəbəkə istifadəçisi şəxsi səhifəsində videoları #Sputnik.Чтения və #Sputnik.Qiraət heşteqləri ilə paylaşaraq layihəni dəstəkləyə bilər. Layihənin sonunda ən yaxşı oxucu videoları Sputnik Azərbaycan-ın saytlarında yerləşdiriləcək.

Sputnik.Qiraət şeir layihəsinin məqsədi çoxqütblü, rəngarəng dünyada hər kəs üçün vacib olan dəyərləri - sevgini, gözəlliyi, həyatı vəsf edən görkəmli sənət əsərlərinin qiraəti vasitəsilə insanları yaxınlaşdırmaqdır. Layihəyə 2015-ci ilin martında Sputnik Qırğızıstan başlayıb. Qırğızıstanlı həmkarlarımızın təşəbbüsü MDB və Yaxın xaricdəki bir çox Sputnik redaksiyaları tərəfindən dəstəklənib.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol