• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Səfəvi hökmdarı – I Şah Abbas” mövzusunda konfrans keçirildi

“Azərbaycan Səfəvi hökmdarı – I Şah Abbas” mövzusunda konfrans keçirildi
22.04.2016 20:13
Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində "Azərbaycan Səfəvi hökmdarı – I Şah Abbas” mövzusunda elmi-praktik konfrans keçirilib.

Nizami rayonundakı 201 nömrəli tam orta məktəbdə keçirilən konfransda lahiyənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş çıxışında dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açmışdır. O, bildirdi ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: "Azərbaycan xalqı dünya tarixində ən qüdrətli şəxsiyyətlər yetişdirmiş bir xalqdır. Xalqımız orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaratmışdır”.

Tarixçi-alim qeyd etdi ki, Vikipediya ensiklopediyasında Azərbaycanın tarixi şəxsiyyətləri təhqir olunur.

Y.Mahmudov Səfəvi hökmdarı Şah Abbas (1587-1629) haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi. O, bildirdi ki, Şah Abbas Səfəvi imperiyasının tarixi torpaqlarını geri qaytarmaq üçün qalibiyyətli müharibələr apardığından Səfəvilərin hərbi-siyasi tarixini, xüsusilə Azərbaycan Səfəvi döyüşçülərinin cəngavərlik tarixini və xalqımızın hərbi sərkərdəlik keçmişini öyrənmək üçün "Tarixe-aləmaraye-Abbasi” əsəri misilsiz ilk mənbədir.

"Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi”, - deyə AMEA-nın müxbir üzvü qeyd etdi.

Yaqub Mahmudov çıxışında bildirdi ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir: "Şagirdlər, Müstəqil Azərbaycanın gələcəyi sizlərin əlindədir”.

İnstitut direktoru qeyd etdi ki, Ağqoyunlu və Səfəvi dövlətlərinin bütün tarixi ərzində Qərbi Avropa ölkələri ilə ən geniş əlaqələr Uzun Həsəndən sonra, bir də Şah Abbasın hakimiyyəti illərində yaradılıb.

Tarixçi-alimlər tərəfindən konfransda vurğulanıb ki, Şah İsmayıl Xətai, Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə, Şah Abbas və b. Səfəvi hökmdarlarının saraylarında çoxsaylı qərb diplomatları Azərbaycan Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparıblar.

Şah Abbasa həsr olunmuş konfransda daha sonra lahiyənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alimlər Tofiq Nəcəfli, Şahin Fazil, Zabil Bayramlı, Dilavər Əzimli, Mübariz Ağalarlı, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, 201 nömrəli tam orta məktəbin direktoru Süsən Salmanova və başqaları çıxış etmişlər.

Qeyd edək ki, "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində konfranslar 2015-ci ilin aprelindən keçirilir. Ötən müddət ərzində Bakı şəhərinin müxtəlif orta məktəblərində layihə çərçivəsində Ulu öndər Heydər Əliyev, Şah İsmayıl Səfəvi, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar, Şah Təhmasib Səfəvi və Tomirisə həsr olunmuş konfranslar keçirilib.
 





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol