• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
23.04.2016 12:25
Azərbaycanda da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü geniş şəkildə qeyd olunur

23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 
"Report"un məlumatına görə, YUNESKO-nun 1995-ci ildə keçirilən 28-ci sessiyasında 23 aprelin Ümumdünya Kitab və Müəlliflik hüququ Günü elan edilməsi bərədə qərar qəbul olunub. 

Azərbaycanda artıq iyirminci ildir ki, bu gün geniş şəkildə qeyd olunur, bununla bağlı silsilə tədbirlər təşkil edilir.

Müəllif Hüquqları Agentliyindən bildirilib ki, belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir: "Bu günün qeyd edilməsi ilə bağlı qərarın qəbul edilməsi hamını, xüsusən gəncləri kitab oxumaqdan həzz almağa və bəşəriyyətin sosial və mədəni tərəqqisinə xidmət edən şəxslərin əvəzedilməz əməyinə hörmət edilməsinə çağırmaqla, kitablara və müəlliflərə hörmətlə yanaşılması və lazımi qiymət verilməsi məqsədi daşıyıb".

Məlumata görə, bununla əlaqədar keçirilən bütün tədbirlərdə mədəni ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarlı üsul olması göstərilir, müəlliflərin cəmiyyətdəki xüsusi rolu vurğulanır və bununla müəlliflik hüququ institutunun dəstəklənməsi göstərilir.

Agentlikdən bildirilib ki, "Kitab”, "Müəllif” və "Müəlliflik hüququ” anlayışları yaranan andan bir-biri ilə qırılmaz təmasda olub. "Yaradıcıdan, müəllifdən – əlyazmaya, kitaba”, "əlyazmadan, kitabdan – müəlliflik hüququna” – bu üzvi əlaqələr bir tərəfdən tarixi ardıcıllığı, digər tərəfdən isə müəlliflik hüququnun yaradıcılıqdakı əhəmiyyətini göstərir. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol