• $
  • €
  • ₽
  • ₺
  • £

edu.ann.az Bakının daha beş məktəbində - FOTOLAR

edu.ann.az Bakının daha beş məktəbində - FOTOLAR
24.04.2016 15:00
18-22 aprel 2016-cı il tarixində Bakı şəhərinin daha 5 məktəbində "edu.ann.az” elektron kitabxanasının təqdimatı keçirilib. Layihə çərçivəsində həyata keçirilən təqdimatlarda 500 nəfərə yaxın müəllim və şagird sözü gelən elektron kitabxana barəsində məlumatlandırılıb.

Layihənin məqsədi şagirdlərin ədəbiyyat dərslərində verilən sinifdən xaric qiraət vasitələri ilə təmin olunması və onların asudə vaxtlarının səmərəli keçirilməsinin təşkil olunmasıdır. "edu.ann.az” saytı vasitəsi ilə 5-11-ci sinif şagirdləri onlara tapşırılan əlavə ədəbiyyat materiallarını kitabxanaya getmədən, qısa bir zamanda əldə edə biləcəklər.

Təqdimatlar Xətai rayonu 204 nömrəli tam orta məktəbdə, Nəsimi rayon 5 nömrəli tam orta məktəbdə, Suraxanı rayon 285 nömrəli tam orta məktəbdə, Binəqədi rayon 246 saylı tam orta məktəbdə və Nizami rayon 12 nömrəli tam orta məktəbdə keçirilib. Təqdimatlarda iştirakçılar "edu.ann.az” saytı barəsində məlumatlandırılıb, müəllimlərin təklifləri dinlənilib və məktəblilərin sualları cavablandırılıb.

Sözü gedən layihə Nizami rayon 12 nömrəli məktəbin rəhbərliyi tərəfindən bəyənilib və  rəhbərlik tərəfindən təqdimat mərasimində iştirak edə bilməyən şagirdlər üçün "edu.ann.az” saytının təqdimatının yenidən keçirilməsi ilə bağlı təkliflər verilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsinin dəstəyi ilə ANN.az xəbər portalının hazırladığı "edu.ann.az” elektron kitab portalının təqdimatına 8 aprel 2016-cı il tarixində başlanılmışdır.

Nəzərinizə çatdırırıq ki, "edu.ann.az” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərin Bakı şəhərinin digər ümumtəhsil məktəblərində də baş tutması planlaşdırılır.
 













www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol