• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-da “Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filmi nümayiş olundu

AMEA-da “Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filmi nümayiş olundu
26.04.2016 11:17
Azərbaycan Milli Elmlər Akademiyasında "Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filmi nümayiş olunub.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, bununla bağlı təşkil olunmuş tədbirdə "Alimlər Evi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva filmin məqsəd və əhəmiyyətindən danışıb. Filmin Akademiyada da nümayiş etdirilmə təşəbüsünün AMEA alimləri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Filmin müəllifi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov filmlə bağlı qısa məlumat verərək bildirib ki, "AZER-GLOBE” İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzi Azərbaycanın tarixinin öyrənilməsinə dair bir sıra layihələr həyata keçirir. Bu layihələr çərçivəsində silsilə filmlər çəkilir ki, AMEA-da nümayiş olunan bu ekran əsəri də həmin filmlərdəndir.

Müəllif qeyd edib ki, dünya ictimaiyyətinə ermənistan və erməni xalqına dair məlumat və tarixi faktlar tamamilə saxtalaşdırılmış şəkildə təqdim olunur. Bu filim məhz ictimaiyyətə əsl həqiqəti göstərmək məqsədilə ərsəyə gətirilib. Filmdə həmçinin Rusiya-Ermənistan münasibətləri, tarixi hadisələr, siyasətçilərin, alimlərin fikirləri, ermənilərin mədəniyyətə və tarixi abidələrə gerçək münasibəti əksini tapır. Bundan başqa, filmdə Azərbaycan tarixinə dair Rusiya, Türkiyə və digər ölkələrin arxivlərində saxlanılan nadir sənədlər də təqdim olunur.

F.Axundov filmin digər ölkələrdə də təqdimatının keçirildiyini əlavə edib.

Sonra film nümayiş olunub.

Filmlə bağlı fikirlərini bölüşən AMEA-nın müxbir üzü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov filmi Ermənilərin saxta və qərəzli bəyanatlarına qarşı düşünülmüş növbəti addım kimi qiymətləndirib. Erməni mənbələrindəki uydurma faktlar əsasında erməni saxtakarlarını dünyaya yayan xarici müəlliflərin fəaliyyətinə qarşı bir cavab olaraq bu kimi sənədli filimlərin çoxseriyalı hazırlanmasını tövsiyə edib. Y.Mahmudov filmin ərsəyə gəlməsində xidməti olan yaradıcı heyətin həm peşəkar, həm də vətəndaş mövqeyindən yanaşmasını yüksək dəyərləndirib. Alim rəhbərlik etdiyi elm müəssisənin Azərbaycan tarixinin yenidən öyrənilməsi işində fəaliyyətindən və əldə olunan elmi nəticələrindən də danışıb.

Daha sonra digər çıxış edənlər də filmin əhəmiyyəti və tarixi məqamları barədə fikirlərini bülüşüblər.

Sonda F.Axundov alimlərin filmlə bağlı təkliflərinə münasibət bildirib, sualları cavablandırıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol