• $
  • €
  • ₽
  • ₺
  • £

Eros Ramazzotti Bakıda ilk dəfə konsert verdi

Eros Ramazzotti Bakıda ilk dəfə konsert verdi
28.04.2016 10:48
 Məşhur italyan müğənni Eros Ramazzotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edib.

"Report”un məlumatına görə, Bakı Kristal Zalında keçirilən şou proqramda milyonların sevimlisi Eros Ramazzotti məşhur mahnıları ilə izləyicilərin qarşısına çıxıb.

Romantik balladaları özünəməxsus ifa tərzi ilə seçilən Eros Ramazzottinin Bakı konserti dünya turu çərçivəsində təşkil olunub. Hər zaman konsertlərində gözəl musiqi və unikal şou təqdim edən Eros Ramazzotti azərbaycanlı pərəstişkarlarına da unudulmaz gecə bəxş edib. Milyonların sevimlisi Eros Ramazzotti populyar bəstələri ilə yanaşı, yeni "Perfetto” albomuna daxil olan mahnılarını da səsləndirib.

Qeyd edək ki, musiqi albomları dünyada milyonlarla tirajda satılan Eros Ramazzottinin 2015-ci ildə çıxan 13-cü "Perfetto" adlı musiqi albomu 38 ölkədə "ən yaxşı 20-lər" sırasına daxil olub. Özünəməxsus vokal imkanları, ifa tərzi Eros Ramazzottini uzun illər milyonlarla insanın sevimlisi kimi məşhur edib. Bu günədək 13 musiqi albomu işıq üzü görən Eros Ramazzotti 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib. 1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni Eros Ramazzotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın "Debütantlar" nominasiyasında qalib olan Ramazzotti karyerasına dünyada məşhur müğənni kimi imza ata bilib.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol