• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda "Qadın sirləri" göstərildi - REPORTAJ

Bakıda "Qadın sirləri" göstərildi - REPORTAJ
28.04.2016 14:10
Rüstəm Qasımov

Dünən paytaxtın "Art Villa" qalereyasında "Qadın sirləri" adlı sərgi nümayiş olundu. Tədbiri Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə Dadaş Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Konsulluğu həyata keçirirdi. 

Dadaşovun sözlərinə görə sərgini zərif cinsin şərəfinə adlandırmaq təsadüfi deyil. "Biz qadınlara bahar ovqatı bəxş etmək istəyirdik. Ona görə də sərgini "Qadın sirləri" adlandırmaq qərarına gəldik, axı hər bir qadın özlüyündə bir müəammadır. Vernisjda nümayiş olunan şəkillər "Azərbaycan Mədəniyyət Konsulluğu"nun fonduna daxildir, o cümlədən şəxsi kolleksiyalarda saxlanılır. Tədbir incəsənət və məhəbbətə həsr olunub. Biz adəti üzrə olduğu kimi tamaşaçılara şəxsi kolleksiyalarda saxlanılan şedevrləri də nümayiş etdirməyə çalışırıq", - Dadaş bəy açıqlamasında bildirdi. 

Ekspozisiyaya həm azərbaycanlı, həm də xarici rəssamların 17 şəkli daxil edilib, müəlliflər sadalananlardır: Nazim Məmmədov, Mikayıl Abdullayev, Eldar Babazadə, Aydın Əskərov, Əşrəf Heybətov, Rəhim Həşimov, İntiqam Ağayev, Edita Suxostika, Zöhrab Salamzadə, Vüqar Əli, Leyla Altunay-Nəsibova, Günel Ravilova. 

ANN.Az portalı sərgi zamanı azərbaycanlı fotorəssam Rüstəm Hüseynovla söhbətləşməyə imkan tapıb, o tədbir barədə fikirlərini bizimlə böülşdü: "Bu, son dövrlərdə baş çəkdiyim sərgilər arasında ən parlaq və koloritlisidir. Kiçik, ancaq çox gözəl və harmonik ekspozisiya bizə müxtəlif rəssamların baxışında qadın obrazlarını təqdim edir. Zərif formalar, boya coşğunluğu və şərq koloriti portretlərə gözəllik qatır. Konkret işlərə gəldikdə isə, Mikayıl Abdullayev cə Nazim Məmmədovun rəsmləri mənim daha xoşuma gəldi. Edita Suxoskitanın şərq seriyasından olan şəkillərini də xüsusi qeyd etmək istərdim. Təşkilatçı Dadaş Məmmədovu belə gözəl sərgi təşkil etdiyinə görə təbrik edirəm". 

Elm, təhsil, maarif və mədəniyyəti təbliğ edən ANN.Az portalı paytaxtımızda baş tutan mədəni tədbirləri işıqlandırmaqda davam edir. Bu dəfə "Qadın sirləri" sərgisindən fotoları təqdim edirik. 

Xoş seyrlər:
 





















www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol