• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda Əməkdar artist Xanlar Muradovun xatirəsi yad edilib

Musiqili Teatrda Əməkdar artist Xanlar Muradovun xatirəsi yad edilib
03.05.2016 23:14
Özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Əməkdar artist Xanlar Muradovun 70 yaşı tamam olub.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrında mərhum aktyorun xatirəsi anılıb. Xanlar Muradov 30 il - 1975-ci ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar canlandırıb. Teatr sahəsindəki xidmətlərinə görə 2000-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Dövlət Musiqili Teatrında O. Kazimi və R. Heydərin "Qızıl toy” iki hissəli musiqili komediyasının növbəti nümayişi Xanlar Muradovun 70 illiyinə həsr olunub. Vaxtı ilə Xanlar Muradov bu tamaşada Rəhim kişi obrazını canlandırıb.
 
 
Xanlar Yunis oğlu Muradov 1946-cı il aprel ayının 30-da Sumqayıt şəhərində doğulub. 1970-1975-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında, 1975-2005-ci illərdə isə Azərbaycan Dövlət Musiqili Teatrında ( o vaxtkı Musiqili Komediya Teatrı) aktyor işləyib. Sumqayıt teatrında Şeyda ("Toy”, Sabit Rəhman), Qurban ("Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Axund ("Solğun çiçəklər”, Cəfər Cabbarlı), Sırodovey ("Tribunal”, Aleksandr Makoyonok), Yaqub ("Həmyerlilər”, Altay Məmmədov), Silvester ("Skapenin kələkləri”, Jan Batist Molyer), Bədurətdin ("Bu meydan, bu şeytan”, Firudin Aşurov), Qələndərov ("Gülməyən adam”, Əfqan Əsgərov), Şair ("Paralelimin nəbzi”, Ramiz Heydər), Azərbaycan Dövlət Musiqili Teatrında isə Hilal ("Durna”, Süleyman Rüstəm, Səid Rüstəmov), Molla Musa ("Boşanaq, evlənərik”, Əliağa Kürçaylı, Vasif Adıgözəlov), Bəbirli ("Özümüz bilərik”, Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Qulam ("Həyətim mənim, həyatım mənim”, Cahagir Məmmədov, Əşrəf Abbasov), Bilal ("Qız görüşə tələsir”, Adil Babayev, Tofiq Bakıxanov, Nəriman Məmmədov), Rəhim kişi ("Qızıl toy”, Ramiz Heydər, Oqtay Kazimi), Vəli ("Məzəli əhvalat”, Ruhəngiz Qasımova), Xudayar bəy ("Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadənin eyni adlı əsəri əsasında Cənnət Səlimovanın liberettosu, bəstəkar Oqtay Kazimi), Mustafa ("Nəğməli könül”, Xalidə Hasilova, Emin Sabitoğlu), Cəbrayıl-Arıq ("Lənət şeytana”, Firudin Aşurov, Vasif Adıgözəlov), Qoçu Əsgər ("O olmasın, bu olsun”, Üzeyir Hacıbəyli), Əlimərdan ("Gözün aydın”, Məhərrəm Əlizadə, Fikrət Əmirov), Məhəmməd ("Lotoreya”, Vaqif Səmədoğlu, Aydın Əzimov), Murtuzov ("Özümüz bilərik”, Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Milyonçu ("Səhnədə məhəbbət”, Əli Əmirli, Sərdar Fərəcov) rollarını ifa edib.
 
 
Xanlar Muradov 2005-ci il fevral ayının 5-də Bakıda vəfat edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol