• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın xalq artistləri Bakıda çıxış edib

Rusiyanın xalq artistləri Bakıda çıxış edib
04.05.2016 15:40
Rusiyanın məşhur teatr və kino aktyorları, Rusiyanın xalq artistləri Qalina Polskix, Valentin Smirnitski və aktrisa İrina Jorj Heydər Əliyevin Sarayında çıxış edib.

"Report" xəbər verir ki, rusiyalı aktyorlar Mixail Zadornovun "Sizin ərinizi almaq istəyirəm" komediyasını tamaşaçılara təqdim ediblər. 

Moskva О'Кey Teatrının quruluşunda hazırlanan komediya maraqla qarşılanıb.

Qeyd edək ki, komediyanın müəllifi M.Zadornov bu səfərdə aktyorları müşayiət edə bilməyib.

Tamaşadan sonra təssüratlarını bölüşən Valentin Smirnitski deyib ki, Bakıda sonuncu dəfə 15 il əvvəl olub: "Bakı çox dəyişib. Azərbaycan paytaxtının gözəlliyi haqqında rəvayətlər, əfsanələr gəzir. İnanıram ki, bakılı tamaşaçılara gözəl axşam yaşada bildik. Bu komediya ilə bir çox şəhərlərdə qastrol səfərlərində olmuşuq. Tamaşamız anşlaqla qarşılanıb".

Bakı ilə sıx əlaqələrinin olduğunu deyən Rusiyanın xalq artisti Qalina Polskix Azərbaycan paytaxtını sevdiyini bildirib.

Qeyd edək ki, Q.Polskixin azərbaycanlı rejissor Faiq Həsənovla evli olub. Onların birgə nigahdan İradə adlı qızları var. 1965-ci ildə film çəkilişi zamanı Q.Polskixin həyat yoldaşı F.Həsənov çəkiliş meydançasında qəzaya düşüb və 28 yaşında vəfat edib. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol