• $
  • €
  • ₽
  • ₺
  • £

İki rəssam dostun sərgisi - REPORTAJ

İki rəssam dostun sərgisi - REPORTAJ
29.05.2020 09:40
Rüstəm Qasımov

Bir müddət əvvəl Rəssamlar İttifaqının Vaciə Səmədova adına sərgi salonunda azərbaycanlı rəssamlar Məmməd Həsənov və Feyzi Məmmədovanın birgə sərgisi keçirildi. Tədbir Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə Rəssamlar İttifaqı tərəfindən təşkil edilmişdi. Tədbirdə giriş sözünü Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağalı İbrahimov dedi, o, rəssamların yaradıcılığı barədə danışdı, onları ilk sərgi münasibətilə təbrik etdi və uğurlar arzuladı. Açılış mərasimində həmçinin xalq artisti Könül Xasıyeva da iştirak edirdi, o da öz növbəsində rəssamları sərgi münasibətilə təbrik etdi. 

Təqdim edilən ekspozisiya təşrif buyuranların xoşuna gəlmişdi, onlar diqqətlə tablolara baxır və rəssamları təbrik edirdilər. 

Məmməd Həsənov dolğun boyalarla təsvir etdiyi kənd peyzajında Azərbaycan təbiətinin necə gözəl olduğu görünürdü, onun natürmotları da eyni dərəcədə gözəl və tərifəlayiq idi. Ümumiyyətlə, son illərdə Məmməd Həsənov rəssamlıq yolunda çox böyük irəliləyişə nail olub. Bir baxış kifayətdir ki, onun peyzajlarındakı və natürmotlarındakı gücü və lirikanı hiss edəsən.

Feyzi Məmmədovun şəkilərinə tədbirə təşrif buyuranlar eyni maraq və həyəcanla baxırdılar. Qonaqlar Məmmədova Azərbaycan mədəniyyətinə qazandırdığı şəkillərə görə təşəkkür edirdilər və ona yeni sərgilər və uğurlar arzulayırdılar. 

Müəlliflər barədə: 

Feyzi Məmmədov 1958-ci ildə Bakıda doğulub. O, rəssamlıqla 40 yaşından etibarən məşğul olur. Məmmədov 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Özünün yaradıcılığı dövründə rəssam bir çox sərgi və tədbirlərdə çıxış edib, həm ölkə daxilində, həm ölkə xaricində. Onun işləri dəfələrlə nazirlik və müxtəlif kolleksionerlər tərəfindən alınıb. Rəssamın əsərlərində doğma diyarı- heyratamiz şəhər Şəkiyə olan sevgini görmək mümkündür. 

Məmməd Həsənov da 1957-ci ildə məftunedici şəhər Şəkidə doğulub və o, bütün ömrünü rəsmə həsr edib. Rəssam müntəzəm olaraq respublika və beynəlxalq miqyasda sərgilərdə iştirak edib. Həsənov 1989-cu ildən Rəssamlar İttifaqının üzvüdür. Onun şəkilləri sənətsevlərin şəxsi kolleksiyalarında saxlanılır. Öz əsərlərində Məmməd müəllim doğma Azərbaycan təbiətini, onun adət və ənənələrini təsvir edir. 

Elm, təhsil, maarif və mədəniyyəti təbliğ edən ANN.Az portalı paytaxtımızda baş tutan mədəni hadisələri diqqətdən kənarda qoymur, bu dəfə oxucularımiza iki dost rəssamın sərgisindən fotoları təqdim edir. 


















































www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol