• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda yeni uşaq tamaşası hazırlanır

Musiqili Teatrda yeni uşaq tamaşası hazırlanır
06.05.2016 23:41
Azərbaycan Dövlət Musiqili Teatrında yeni uşaq tamaşasının məşqlərinə start verilib.
 
Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət Əli Səmədlinin "Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşasından gedir. Yeni səhnə əsərinin quruluşçu-rejissoru Əhəd Hacıyevdir. "Bu tamaşanı hazırlamaqda əsas məqsədimiz balacalara mübarizə əzmi, vətənpərvərlik hissi aşılamaqdır. 20 ildən çoxdur ki, torpaqlarımız nankor qonşularımız ermənilər tərəfindən işğal olunub. Başqa bir xalqın, dövlətin ərazisinə soxulmaq, zəbt etmək, yalandan bütün dünyaya "Bura bizimdir!” deyib car çəkmək, Xocalı kimi dəhşətli bir cinayətə, soyqırımına imza atmaq erməni xislətinin bariz nümunəsidir. Uşaqlar bizim gələcəyimizdir, ilk növbədə onlara tariximizi öyrətmək və mənfur qonşularımızı olduğu kimi tanıtmaq lazımdır. Maraqlı süjet xəttinə malik olan bu tamaşa əslində dolayısı ilə erməni xisləti haqqında uşaqlarımızı məlumatlandırmaq missiyası daşıyır. Tülkü və Çaqqal qəfildən bir meşəyə soxulur, "Buralar bizim tarixi vətənimizdir!” deyib ətrafa car çəkirlər. Yerli heyvanların yuvalarını dağıdıb yerində daşdan ev tikərək öz tarixi eksponatları kimi təqdim edirlər. Hansısa eşşəyin çənəsini göstərib "Ulu babamızındır, arxeoloji qazıntılar zamanı tapmışıq!” söyləyirlər. Bir sözlə, əsl erməni xisləti nümayiş etdirirlər. Sürətlə inkişaf edən hadisələr elə bir məcraya yön alır ki, haqq-ədaləti bərpa etmək üçün yerli əhali fövqəlgücə - Ayıya müraciət etmək zorunda qalır. Və... əsl tamaşa da məhz bundan sonra başlayır”, - deyə quruluşçu-rejissor Əhəd Hacıyev bildirib.
 
 
Tamaşanın geyim üzrə rəssamı Yelena Almazova, rejissoru Elməddin Dadaşov, rejissor-assistenti Tamilla Aslanovadır. Rolları Əmrah Dadaşov, Güldanə Əzimova, Eleanora Mehdiyeva, Ruslan Mürsəlov, Elxan İsmayılov, Gülnarə Kərimbəyova, Zinyət Qurbanova, Şaban Cəfərov, Murad Əliyev, Elçin İmanov, Fərid Rzayev, Nigar Qarayeva və Cəlalə Novruzli ifa edirlər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol