• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün “Eurovision-2016” mahnı müsabiqəsi həftəsi başlayır

Bu gün “Eurovision-2016” mahnı müsabiqəsi həftəsi başlayır
08.05.2016 16:00
 Bu gün Stokholmda "Eurovision-2016” mahnı müsabiqəsi həftəsi başlayır.
 
APA-nın "RİA Novosti "agentliyinə istinadən verdiyi məlumata görə, Stokholm meri Karin Vannqord bildirib ki, 8-14 may tarixlərində keçiriləcək "Eurovision-2016” mahnı müsabiqəsi həftəsi İsveç paytaxtının bir çox yerlərində keçiriləcək.
 
Həftə ərzində planlaşdırılan bütün görüşlər, musiqi tədbirləri, təntənəli və idman tədbirləri "Birlikdə pyalaşaq!” şüarı altında keçiriləcək. "Eurovision-2016” mahnı müsabiqəsi həftəsi  bu gün səhər İsveç Kral sarayının qarşısında "Eurovision-2016” mahnı müsabiqəsində iştirak edən ölkələrin bayraqlarının qaldırılması ilə başlayacaq. Bayraqlar əlifba sırası ilə qaldırılacaq. Bu mərasimə iştirakçı ölkələrin səfirləri, müğənnilər, ölkələrin nümayəndə heyətləri, müsabiqənin təşkilatçıları dəvət ediliblər.
 
Bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək. Müsabiqə Stokholmda "Globen Arena”da keçiriləcək. Bu il müsabiqədə 42 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar. Ötən ilin debütant ölkəsi - Avstraliya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib.
 
Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, "Eurovision” müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol