• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan kitabları ilk dəfə Ərzurum Kitab Sərgisində

Azərbaycan kitabları ilk dəfə Ərzurum Kitab Sərgisində
12.05.2016 17:00
"Araz” Yayım Evi  Ərzurum Kitab Sərgisində Azərbaycan ədəbiyyatlarını nümayiş etdirib.

ANN.Az-ın məlumatına görə, Könül Ordubadinin "Unudulmayan Xocalım”, Sona Vəliyevanın "Arazbarı” və "Türkün Gəlişi”,  Rüstəm Behrudinin "Salam Darağacı”, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının "Böyük Ermənistan xülyası: faktlar və sübutlar”, Esmira Fuad Şükürovanın "Məhəmməd Hüseyin Şəhriyar” kitabları türk oxucularına təqdim olunub. Azərbaycanlı müəlliflərin kitablarının sərgidə nümayişini "Araz” Yayım Evi təşkil edib.
Qeyd edək ki, bu kitab sərgisi hər il keçirilir və Ərzurum Mərkəzi Meydanında qurulan kitab sərgisi bütün Türkiyədə böyük maraqla qarşılanır. Sərginin təşkilatçısı olan Ərzurum Şəhər Bələdiyyəsi bu sərgiyə bir milyon kitabsevərin qatılmasını hədəfə alıb və Azərbaycan təmsilçilərinin də orada olmasını təşkil edib. 

"Araz” Yayım Evinin rəhbəri Kəbutər Haqverdi əslində belə bir sərgidə iştirak etməyi risk adlandırıb: "Çünki hələ yayım evimizin 1 yaşı yenicə qeyd olunub. Amma Ərzurum Kitab Fuarı həyatımızda çox önəmli rol oynayan bir qatılım oldu. Rəsmi qurumlar və sərgiyə gələnlər tərəfindən gördüyümüz diqqət bizi sadəcə ruhlandırdı. Türkiyədə yazarlarımızın kitablarını adları ilə soruşmaları, eləcə də türk oxucusunun  "Anarın, Elçinin əsərlərini nədən osmanlı türkcəsinə çevirmirsiniz” sualları bizi qürurlandırdı”.

Qeyd edək ki, hər il keçirilən  Ərzurum Kitab Sərgisində Azərbaycan ilk dəfə təmsil olunurdu.

 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol