• $
  • €
  • ₽
  • ₺
  • £

“Eurovision 2016”nın II yarımfinalından finala vəsiqə qazanan ölkələr – SİYAHI

“Eurovision 2016”nın II yarımfinalından finala vəsiqə qazanan ölkələr – SİYAHI
13.05.2016 09:12
Mayın 12-də Bakı vaxtilə saat 23.00-da Stokholm şəhərində "Eurovision 2016”nın II yarımfinal mərhələsi keçirilib. Müsabiqə, aparıcılar Petra Mede və Mons Selmerlövun maraqlı performansı ilə başlayıb. Mahnı Müsabiqəsi İctimai Televiziya ilə canlı yayımlanıb.

Oxu.Az xəbər verir ki,  Avropa Yayım Birliyi tərəfindən Belarus təmsilçisi İvanın çılpaq şəkildə canavarlarla birlikdə səhnəyə çıxmasına icazə verilməyib. Lakin ifaçının arzusu xüsusi səhnə qrafikası ilə gerçəkləşib. Və aparcılardan biri - Mons Selmerlöv müğənnin çıxışı bitən kimi səhnədə bir neçə saniyəlik yarıçılpaq şəkildə, əlində oyuncaq canavarla görünüb. Bu isə "Globen Arena”da maraqla qarşılanıb.

İkinci yarımfinal mərhələsində 18 ölkə - Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya, Belçikanın təmsilçiləri finala keçmək uğrunda mübarizə aparıb.

Çıxışlardan sonra keçirilən 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Qeyd edək ki, səsvermə prosesi 50% telesəsvermə, 50% münsif səsverməsi ilə keçirilir.

"Eurovision 2016”nın II yarımfinalından finala vəsiqə qazanan ölkələrin siyahısı:

1. Latviya
2. Gürcüstan
3. Bolqarıstan
4. Avstraliya
5. Ukrayna
6. Serbiya
7. Polşa
8. İsrail
9. Litva
10. Belçika

Beləliklə, mayın 14-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub.

Finala vəsiqə qazanmış  təmsilçilər canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən ölkələrin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və  "böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya, Böyük Britaniyadır.

Xatırladaq ki, Azərbaycanı "Eurovision-2016” mahnı müsabiqəsində "Miracle” mahnısı  ilə təmsil edən Səmra Rəhimli mayın 10-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi "Eurovision” finalının birinci hissəsində çıxış edəcək.  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol