• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin deputatı Sputnik.Qiraət-də şeir oxudu

Milli Məclisin deputatı Sputnik.Qiraət-də şeir oxudu
13.05.2016 15:11
Milli Məclisin deputatı Fazil Mustafa Sputnik.Qiraət layihəsinin növbəti iştirakçısı olub. 

Siyasətçi layihə üçün Azərbaycanın Xalq şairi Məmməd Arazın "Azərbaycan – dünyam mənim” şeirindən misralar oxuyub.

"Sputnik.Qiraət layihəsi görkəmli şairlərin əsərlərində vəsf edilən ali dəyərlərin insanların birliyinə və həmrəyliyinə xidmət etdiyini göstərir.  Məmməd Arazın şeirində tərənnüm olunan Vətənə məhəbbət bizləri, ayrı-ayrı fərdləri birləşdirib vahid Azərbaycan xalqı edir”, deyə Fazil Mustafa bildirib.

Layihə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyevin çıxışı ilə başlayır. O, müasir ədəbiyyatımızın klassiki Səməd Vurğunun "Azərbaycan" şeirindən bir parça oxumaqla layihədə iştirak edib. Növbəti iştirakçılar isə Abbas Səhhətin "Vətən” şeirindən parça oxumuş tanınmış repçi AİD və qəzəlxan Əliağa Vahidin "Bakıda” şeirindən misralar söyləmiş məşhur aktyor və rejissor Qurban Məsimov olublar.

Layihədə həmçinin hər bir sosial şəbəkə istifadəçisi iştirak edə bilər. Bunun üçün sevimli şeir parçasını oxuyaraq videonu şəxsi səhifədə #Sputnik.Чтения və ya #Sputnik.Qiraət heşteqləri ilə paylaşmaq yetər. Layihənin sonunda ən yaxşı oxucu videoları Sputnik Azərbaycan-ın saytlarında yerləşdiriləcək.

Sputnik.Qiraət şeir layihəsinin məqsədi çoxqütblü, rəngarəng dünyada hər kəs üçün vacib olan dəyərləri — sevgini, gözəlliyi, həyatı vəsf edən görkəmli sənət əsərlərinin qiraəti vasitəsilə insanları yaxınlaşdırmaqdır. Layihəyə 2015-ci ilin martında Sputnik Qırğızıstan başlayıb. Qırğızıstanlı həmkarlarımızın təşəbbüsü MDB və Yaxın xaricdəki bir çox Sputnik redaksiyaları tərəfindən dəstəklənib.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol