• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gecə "Eurovision 2016"nın qalibi elan olunacaq

Bu gecə "Eurovision 2016"nın qalibi elan olunacaq
29.05.2020 11:45
Təşkilatçılar alışdığımız qaydalara bir sıra yeniliklər edib.

 
Avropanın ən geniş miqyaslı tədbirlərindən olan və mütəmadi keçirilən "Eurovision" mahnı müsabiqəsinin finalına bir neçə saat qalıb. ANS PRESS bildirir ki, tənqidçilərin və bukmeykerlərin tərtib etdiyi favorit ölkələr siyahısında ilk yerlərdə Rusiya, Fransa, İsveç, Ukrayna, Avstraliya və Ermənistandır.

Səmra Rəhimli "Miracle" mahnısını "Eurovision 2016"da ifa edib
Azərbaycanı "Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı  ilə təmsil edən Səmra Rəhimli finalda səhnəyə 4-cü nömrə altında çıxacaq. Səmra 10 mayda keçirilmiş ilk yarımfinalda finala vəsiqə qazanıb.

Finalın keçiriləcəyi "Globen" arenada yarışın finalına 10,5 mindən çox bilet satılıb. Arenada təhlükəsizlik tədbirləri gücləndirilib: rentgen qurğuları və dəmir detektorları quraşdırılıb. Tamaşaçıların çoxluğunu nəzərə alaraq "Globen" yaxınlığında yerləşən "Tele2" arenasında da yarışma nəhəng ekranlarda canlı nümayiş olunacaq. "Tele2" arenasının da 10 mindən çox bilet satdığı bildirilib.

Layihənin prodüsseri Krister Byerkmanın dediyinə görə bu ilki səsvermə fərqli üsulla aparılacaq. Səsvermə  tamamilə gizli keçiriləcək, nəticə yalnız sonda elan olunacaq. Tamaşaçılara maksimum həyəcan söz verən layihə rəhbəri qaliblərin adının aşağı yerlərdən başlayaraq açıqlanacağını bildirib.

Tele2 arenası, Stokholm, İsveç

Layihənin prodüsseri Krister Byerkmanın dediyinə görə bu ilki səsvermə fərqli üsulla aparılacaq. Səsvermə  tamamilə gizli keçiriləcək, nəticə yalnız sonda elan olunacaq. Tamaşaçılara maksimum həyəcan söz verən layihə rəhbəri qaliblərin adının aşağı yerlərdən başlayaraq açıqlanacağını bildirib.

Nigar Camal və Eldar Qasımov - "Eurovison 2011" qalibləri

Qalib hər il olduğu kimi növbəti dəfə yarışmanın təmsil etdiyi ölkənin ərazisində keçirilmə hüququnu qazanacaq. Ona klassik formalı büllur mikrofon hədiyyə olunacaq. 2008-ci ildən bu yana büllurun üzərinə hər il dəyişiklik edilir. Yarış mükafatının üzərində keçirildiyi şəhərin adı yazılır və ürək formalı "Eurovision" loqosunun içərisinə müvafiq ölkənin bayrağının rəngləri çəkilir.
 

Lena Mayer - "Eurovison 2010"un qalibi

"Eurovision" böyük tamaşaçı auditoriyasına sahibdir. Bu ildən etibarən ABŞ-da da yayımlanmağa başlayıb. Finalın açılışında amerikalı müğənni Castin Timberleyk ifa edəcək. Boyskaut avropalı tamaşaçılar qarşısında "Can't stop the feeling" mahnısını oxuyacaq.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol