• $
  • €
  • ₽
  • ₺
  • £

Səmra: Geyimimdə qüsur görmürəm – VİDEO

Səmra: Geyimimdə qüsur görmürəm – VİDEO
16.05.2016 09:36
"Eurovision-2016” musiqi yarışmasında Azərbaycanı təmsil edən Səmra Rəhimli Vətənə qayıdıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, onu Heydər Əliyev adına Hava Limanında pərəstişkarları, yaxınları və media nümayəndələri böyük coşqu ilə qarşılayıblar.

Təyyarədən düşən kimi jurnalistlərin suallarını cavablandıran Səmra Rəhimli çıxışını belə qiymətləndirib:

"Azərbaycanımızı layiqincə təmsil etmək üçün əlimdən gələni etdim. Məncə də alındı. Nəticədən asılı olmayaraq hər şey çox əla oldu. Bu musiqili yarışmadır, pozitiv yanaşmaq lazımdır. Orda olub, iştirak etməkdən zövq almaq lazımdır”.

Səhnə geyimi ilə bağlı səsləndirilən tənqidi fikirlərə münasibət bildirəm Səmra qeyd edib ki,  geyimində heç bir qüsur olmayıb:

"Bildiyiniz kimi ora Avropadır. Geyimimdə heç bir qüsur görmürəm. Əsas odur ki, yaraşır. Yaraşmasaydı geyinməzdim".

Sonda yarışmada ermənilərin təxribatlarına münasibət bildirən təmsilçimiz musiqi yarışmasına siyasətin qarışmasının qəbul edilməz olduğunu vurğulayıb:

"İstəməzdim ki, musiqi yarışmasına siyasət qarışsın. İnsanlar ordan pozitiv enerji almaq istəyir. İstəmirlər ki, stress alsınlar. Stress onsuz da həyatımızda var. Ümid edirəm ki, erməni təmsilçisinin həmin hərəkətlərinə qarşı tədbir görüləcək və onlar cəzalandırılacaqlar”.

Məlumat üçün qeyd edək ki, İsveçin Stokholm şəhərində keçirilən "Eurovision 2016” mahnı müsabiqəsinin birincisi Ukrayna təmsilçisi, Krım tatarı Camala olub.

"Miracle” mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci olub.
 
 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol