• $
  • €
  • ₽
  • ₺
  • £

Ən yaxşı roman mükafatı Koreyaya getdi

Ən yaxşı roman mükafatı Koreyaya getdi
17.05.2016 22:59

İnsan qəddarlığına etiraz olaraq ət yeməkdən imtina edən qadın haqda "Vegetarian" romanı 2016-cı ilin "Man Booker" Beynəlxalq Kitab Mükafatını qazandı.

50 min funt sterlinqlik (73 min ABŞ dolları) mükafatı romanın müəllifi koreyalı Han Kang qaydaya görə, kitabı ingilis dilinə çevirmiş britaniyalı tərcüməçi Deborah Smith ilə bölüşür.

Londonda təqdim olunan mükafatın münsiflərdən biri Boyd Tonkin deyib ki, Cənubi Koreyada doğulmuş müəllif Han Kang'ın romanı "unudulmaz və orijinal" idi.

Bu il mükafatın uzun siyahısında 12, qısa siyahısında Orhan Pamuk, Elena Ferrante, Angolan Wordsmith Jose Eduardo Agualusa, Yan Lianke, Robert Seethaler kimi tanınmış müəlliflərin son romanları vardı.

Bədii tərcümə üzrə də ən böyük mükafat sayılan Man Booker-i qazanan "Vegetarian" romanının tərcüməçisi Deborah Smith isə deyib ki, Koreya dilini 21 yaşında öyrənməyə başlayıb, məhz bu dili ona görə seçib ki, ingilis-koreya dili tərcüməçisi qıtlığı varmış. "O zamana qədər Koreya mədəniyyəti və adamlarıyla heç bir kontaktım olmamışdı".

"Vegetarian" romanı Cənubi Koreyada bir universitetdə yazıçılıqdan (Creative Writing) dərs deyən Han Kang'ın ingilis dilinə tərcümə edilən ilk romanıdır. O, bundan əvvəl daha bir roman (Human Acts) yazıb. Xanım Kang nüfuzlu mükafatı alan ilk koreyalıdır. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol