• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın məşhur musiqi qrupu ilk dəfə Azərbaycanda konsert verəcək

ABŞ-ın məşhur musiqi qrupu ilk dəfə Azərbaycanda konsert verəcək
17.05.2016 22:20
Silver City Bound qrupu ilk dəfə Azərbaycana gəlib

Amerikanın bluqrass musiqi janrında ifa edən Silver City Bound qrupu ilk dəfə Azərbaycana gəlib.

Bu barədə "Report"-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Diplomatik nümayəndəlikdən bildirilib ki, bu qrup Amerikanın ənənəvi musiqisinin müxtəlif ölkələrdən olan musiqiçilərlə birgə təqdimatları ilə məşhurdur. 2014-cü ildə qrup ABŞ-ın Dövlət Departamenti adından Çin, Myanmar, Laos və Vyetnam kimi ölkələrə səfər etmək üçün seçilib.  

Azərbaycanda olarkən Silver City Bound qrupu ABŞ səfirliyinin təşkil etdiyi və mayın 13-dən başlayıb 22-dək davam edəcək Amerika Günləri çərçivəsində müxtəlif ictimai konsertlərlə çıxış edəcək və yerli musiqiçilər üçün ustad dərslər keçirəcək. Konsertlər Sumgayıt, Quba və Bakıda yerləşən Muğam Mərkəzi və Bayraq Meydanındakı Yaşıl Kafedə olacaq.

Qeyd edək ki, Bluqrass musiqisi kantri musiqi janrına yaxın olan ənənəvi Amerika musiqi formasıdır. Appalachia ərazisinin musiqisinin təsirinə məruz qalan Bluqrass özündə ənənəvi İrland, Şotlandiya, Uelş və İngilis musiqisinin köklərini birləşdirir, daha sonra isə o həmçinin jazz elementlərinin əlavə edilməsi nəticəsində Afrika-Amerika musiqisinin təsirinə da məruz qalıb. 

Özünün xarici turnelərindən əlavə olaraq, Silver City Bound qrupu "Jazz at Lincoln Center", SFJAZZ, Stanford Jazz Festivalı, Şimalı Karolina Məktəbinin İncəsənət Universiteti və digər məşhur incəsənət təşkilatlarının köməyi ilə ABŞ-da 200-dən çox konsertlər və ustad dərsləri keçib. Göstərilən təşkilatlar Amerika musiqisinin çox mədəniyyətli mənşəyini tədqiq edir və eyni zamanda auditoriyalara improvizasiya, şifahi tarix, ritm və blyuz kimi konsepsiyaları təqdim edir.

17 may 15:00-16:00 Sumqayıt şəhərindəki N.Nərimanov adına Mədəniyyət Evində konsert

19 may 15:00-16:00 Quba şəhərindəki Yaşıl Teatrda konsert

20 may 15:00-18:00 Rəşid Behbudov küç. 134 ünvanında yerləşən Amerika Mərkəzindəki

Bağlanış Mərasimi

20 may 20:00-22:00 Muğam Mərkəzində Konsert

21 may 16:00-19:00 Bayraq Meydanındakı Yaşıl Kafedə Bağlanış Mərasimi.

Konsertlər ictimaiyyət üçün açıq və pulsuzdur:

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol