• $
  • €
  • ₽
  • ₺
  • £

Qalina Dmitrukdan "gecə nağılları" - REPORTAJ

Qalina Dmitrukdan "gecə nağılları" - REPORTAJ
17.05.2016 13:37
Rüstəm Qasımov

"Mən öz kuklalarımda indi həyatımda nə baş verirsə, onları əks etdirirəm"

Bir neçə gün əvvəl Bakıda Muzey Mərkəzində "Kukla" art-qalereyası və Mədəniyyət və Turizm Nazirliyi nəzdindəki Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə müəllif kuklaları sənətkarı Qalina Dmitrukun "Gecə nağılları" adlı sərgisinin açılış mərasimi keçirildi. 

Müəllif kuklaları - sənətin əlahiddə növlərindən biridir. Qalina Dmitrukun işləri də müasir belorus kukla incəsənətində xüsusi səhifələrdən biri sayılır. Onun böyük kuklaları detallı şəkildə işlənilib, çox hissiyatlı və "canlıdırlar". Təsadüfi deyil ki, sənətsevərlərin Qalina xanımın yaradıcılığına maraqları hədsiz böyükdür. 

Qalina Dmitruk təkcə Belorusda deyil, ölkə sərhədlərindən kənarda da çox tanınır. O bu işi ruhun peşəsi hesab edir. Qalina xanım Belorusda yaşayıb yaradır. Onun konkret emalatxanası yoxdur, dediyinə görə emalatxanası ağlındadır. Bu işlə 22 yaşından bəri məşğul olur, bir gün jurnalistika peşəsini atıb və özünü bu işə həsr etməyə qərar verib. 

Xarici ölkələrdə Qalina xanımın yaradıcılığa maraq o qədər böyükdür ki, o ildə bir neçə dəfə müxtəlif şəhərlərdə ustad dərsləri keçirir, belə master-klasslar Frankfurtda, Sinqapurda, Yaltada, Moskvada və digər şəhərlərdə baş tutub. 

Son on ildə Qalina Dmitruk 130-dan çox müəllif kuklası hazırlayıb, onların bir çoxu müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır, o cümlədən Azərbaycanda. Bizim ölkəmizdə Qalina xanımın yaradıcılığı ilə yaxşı tanışdırlar, o dəfələrlə Azərbaycanda müxtəlif sərgilərdə iştirak edib. Qalina xanımın kolleksiyalarına bunları misal göstərmək olar: "İpək", "1001 gecə", "High heels" (dikdabanlar), bu kolleksiyalar artıq Bakıda nümayiş etdirilib. 

Qalina Dmitruk Bakıda keçirilən hər üç kukla biennalında iştirak edib (2011-13-15 ci illərdə). Ona görə də o, Azərbaycandakı ilk sərgisi üçün xüsusi layihə fikirləşib, o, bir il ərzində titizliklə hazırladığı kuklalarda Azərbaycanın qadının təkrarsızlığını və sirliliyini əks etdirməyə çalışıb. Qalina xanım Bakını çox sevir və öz işlərində də bu şəhərin gözəlliyini inikas etdməyə çalışıb. 

Sənətkarın Bakıda keçirilən sərgisində Azərbaycan Mədəiyyət və Turizm naziri Əbülfəs Qarayev də iştirak edirdi, o belə əlamətdar gün münasibətiylə Qalina Dmitruku təbrik etdi və ona gələcək işlərində uğurlar arzuladı. 

Sərginin açılışında həmçininYUNESKO yanındakı "D.Arts"" Milli musiqi komitəsinin prezidenti Lala Kazımova da çıxış etdi və vurğuladı ki, bu sərgi Bakının məşhur "Art Kukla" qalereyasının üç illiyi münasibətiylə açılıb və qeyd etdi ki, bu qalereya Cənubi Qafqazda bu profildə fəaliyyət göstərən yeganə ixtisaslaşmış muzeydir. "Qalina Dmitruk çox istedadlı ustadır. Onun bugün təqdim etdiyi kukla kolleksiyasının şəhərimizin sakinlərinin çox xoşuna gələcəyinə şübhə etmirəm", - Kazımova bildirdi. 

Bakıda keçirilən sərgidə müəllifin 9 işi təqdim edilirdi: "Dəniz", "Əminə", "Məryəm", "Bella", "Sara", "Kamilla", "Aylin", "Sevil". 

Qalina Dmitruk çıxışında sərgiyə gələn qonaqları salamladı və təqdim edilən "Gecə nağılları" kolleksiyası barədə məlumat verdi: "Mən möhtəşəm şəhər Bakını çox sevirəm. Burda xeyirxah və maraqlı insanlar həmişə məni isti qarşılayırlar. Bakı kukla biennalının daimi iştirakçısı kimi mən tez-tez Azərbaycan paytaxtında oluram. Bir dəfə mənim ağlıma bu odlar diyarının paytaxtında sərgi keçirmək ideyası gəldi. Bu istəyimi gerçəkləşdirə bildiyimə görə çox məmnunam. Bu sərginin adı "Gecə nağılları"dır və addan başa düşmək olar ki, sərgi müqəddəs və möhtəşəm hiss olan sevgiyə həsr olunub. Bu kukla kolleksiyası Azərbaycan auditoriyası üçün nəzərdə tutulub. Şərq üslubunda hazırladığım işlərdə mən çalışmışam ki, öz emosiyalarımı, təəssüratlarımı və daxili dünyamı əks etdirməyə çalışım". 

Şərq koloriti öz boyaları, enerjisi və gözəlliyilə məni hər zaman özünə cəlb edib. Bu kolleksiya da cəlbedici, sirli, dəbdəbəli şərq qadınlarına həsr olunub. Ancaq bu kolleksiyaya daxil olan şərq nağıllarındakı gözəllər müasir elementlərlə təqdim olunub. Bu mənim baxışım, bir növ interpretasiyadır - keçmişin və müasirliyin qarışığı. Ümid edirəm mənim kuklalarım Bakı auditoriyasının xoşuna gələcək". 

Qeyd edək ki, sərginin açılışına düşməyə imkan tapmayanlar 17 maya qədər bunu gerçəkləşdirə bilərlər, sərgiyə giriş ödənişlidir, biletin qiyməti 3 manatdır. 6 yaşa qədər uşaqlarçün giriş ödənişsizdir. Sərgiyə giriş biletlərini Muzey mərkəzindən və "Kukla" art-qalereyasından əldə eləmək olar. Sərginin iş vaxtı 11:00-dan 19:00-a qədərdi. 

Elm, təhsil, maarif və mədəniyyəti təbliğ edən ANN.Az portalı paytaxtımızda baş tutan mədəni hadisələri diqqətdən kənarda qoymur, bu dəfə oxucularımıza Qalina Dmitrukun "Gecə nağılları" kukla sərgisindən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 

































































www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol