• $
  • €
  • ₽
  • ₺
  • £

Mənsum İbrahimov Türkiyəyə ezam olunub - FOTO

Mənsum İbrahimov Türkiyəyə ezam olunub - FOTO
19.05.2016 23:22
Azərbaycanın xalq artisti Məsum İbrahimov 2 aya yaxındır ki, Türkiyənin paytaxtı Ankara şəhərinə ezam olunub. Tanınmış muğam ifaçısı Modern.az-a açıqlamasında Türkiyəyə getmə səbəbləri barədə danışıb.

"Azərbaycan və Türkiyə Mədəniyyət Nazirlikləri, Ankaradakı səfirliyimiz və Ankara Opera teatrının birgə layihəsi olan "Leyli və Məcnun” operası Azərbaycan və Ankara sənətçilərinin birgə iştirakı ilə yeni quruluşda səhnələşdirildi. İki ay bundan qabaq Ankaraya ezam olunaraq 16 nəfər Ankara solistlərinə muğam dərsi keçərək onlara muğam oxumağı öyrətdim.
Xüsusilə, onu da vurğulayım ki, "Leyli və Məcnun” operası  tarixində ilk dəfədir ki, başqa bir ölkədə və həmin ölkənin sənətçilərinin ifasında səhnəyə qoyuldu. Azərbaycan muğamlarını Türkiyə sənətçiləri ifa etdilər.  

May ayının 14-də Ankara Opera teatrında tamaşanın ilk premyerası oldu. Məcnun rolunda mən, Leyli rolunda isə türkiyəli sənətçi Elva Eldener oldu. Tamaşanın bütün iştirakçıları türk aktyorları idi.

Birinci premyera çox maraqlı oldu.   Ayın 16-sı isə "Leyli və Məcnun” operasının  ikinci premyerası oldu. Tələbələrim İlkin Əhmədov və Arzu Əliyeva tamaşada oxudu”.

Xalq artisti bu gün "Leyli və Məcnun” operasının üçüncü tamaşasının olacağını da dedi.  

"Bu gün  axşam  isə üçüncü tamaşamız olacaq. İlk dəfə öz tələbəm Arzu Əliyeva ilə səhnəyə çıxacam.

Bizi müşayiət edənlər əməkdar artistlər-Elçin Həşimov və Elnur Əhmədov, maestro-dirijor Fəxrəddin Kərimov, quruluşcu rejissor isə Əflatun Nemətzadə olacaq”. 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol