• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc Tamaşaçılar Teatrı may ayının son günlərində iki Beynəlxalq festivala gedir

Gənc Tamaşaçılar Teatrı may ayının son günlərində iki Beynəlxalq festivala gedir
23.05.2016 20:45
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti iki beynəlxalq tədbirə hazırlaşır. May ayının 27-də teatrın bir qrup heyəti  Rusiya Federasiyası Orenburq vilayətində keçiriləcək "Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün yola düşəcək. Kollektiv festivalda L.Nurenin "Mən gəldim qızlar” ("Müharibə”) tamaşası ilə çıxış edəcək.
 
 
Quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradova olan tamaşada rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova ifa edəcəklər.
 
Məlumat üçün bildirək ki, M.Qorki adına Orenburq Dövlət Dram Teatrının 160 illik yubileyi ərəfəsində həyata keçiriləcək festivalda bir sıra ölkələrin teatr kollektivləri çıxış edəcəklər. Ilk dəfə 1994-cü ilin yay aylarında baş tutmuş festival Rusiya Federasiyanın Mədəniyyət Nazirliyi, vilayət hakimiyyət orqanları və Rusiya Federasiyası Teatr Xadimləri İttiqafı tərəfindən təsis edilib. Festivalın keçirilməsinin əsas missiyası beynəlxalq və bölgələrarası teatr əlaqələrin bərpası və daha da möhkəmləndirilməsidir.
 
 
May ayının 28-də isə Dövlət Gənc Tamaşaçılar Teatrının daha bir heyəti Londona qastrol səfəri edəcək. Böyük Britaniyada  fəaliyyət göstərən "UMUD Ltd Company” şirkətinin dəvəti ilə həyata keçirilən qastrol səfərində dahi dramaturq M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan” tamaşası nümayiş etdiriləcək.
 
 
2009-cu ildə Xalq Artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilən tamaşada Əməkdar Artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev, Aydın Dəmirov iştirak edəcəklər.
 
 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək səfərə kollektiv teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov başda olmaqla may ayının 28-də  yola düşəcək.
 
 
Nümayəndə heyətinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Naidə İsmayılzadə rəhbərlik edəcək.
Məlumat üçün bildirək ki, teatrın yaradıcı heyəti hazırda daha bir beynəlxalq teatr festivalında təmsil olunmaqdadır. Moskva vilayətinin Lobnya şəhərində keçirilən "Rus klassikası” Beynəlxalq Teatr Festivalında ölkəmizi teatrın istedadlı aktyoru, Əməkdar Artist Şövqi Hüseynov N.V.Qoqolun "Dəlinin qeydləri” mono-tamaşası ilə təmsil edir.
 










www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol