• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn həftə Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır

Gələn həftə Bakıda beynəlxalq neft-qaz sərgisi başlayır
23.05.2016 17:25
Sərgidə 200-dən artıq şirkət xidmətlərini nümayiş etdirəcək

İyunun 1-4-də "Baku Expo Center"də XXIII Beynəlxalq Xəzər Neft və Qaz (Caspian Oil & Gas 2016) sərgi-konfransı keçiriləcək.

"Report" tədbirin əsas təşkilatçısı olan "İteca Caspian" şirkətinə istinadən xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı nəzərə tutulub.

Builki sərginin ekspozisiyası çərçivəsində 200-dən çox şirkət bir araya gələrək neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcək. Bu il sərgidə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri iştirak edəcək. Öz növbəsində Çexiya, İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edəcək. Hər il "Caspian Oil & Gas” iştirakçılarının tərkibinə yeni şirkətlər daxil olur, bu il isə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və s. ölkələrin şirkətləri çıxış edir.

Tədbirin sponsoru SOCAR, qızıl sponsorlar BP və "Petronas” şirkətləri, gümüş sponsorlar isə "Bos Shelf” şirkətidir. Digər sponsorlar arasında "Azeri M-I Drilling”, "AZFEN J.V.”, "Caspian Marine Services”, "Global Energy”, "SOCAR Polymer”, "Tekfen Construction” şirkətləri var.

İyunun 2-3-də isə ənənəvi beynəlxalq Xəzər Neft və Qaz (Caspian Oil & Gas) konfransı keçiriləcək. Konfransda müasir dövrün reallıqları fonunda Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafı, Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual mövzular müzakirə olunacaq. Konfransda 30-dan çox ölkədən 400 nəfərə yaxın nümayəndənin iştirakı gözlənilir. 50 nəfərdən çox natiq, o cümlədən müxtəlif ölkələrdən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri və iri neft-qaz şirkətlərinin rəhbərləri ucuz neft qiymətləri fonunda enerji resurslarının hasilatı, idarə olunması və nəqli sahəsində əsas məsələlərlə bağlı məruzələrlə çıxış edəcəklər. Bu il ilk dəfə olaraq konfransda neft-qaz layihələri üçün peşəkar mütəxəssislərin hazırlanması mövzusuna da toxunulacaq. İclas çərçivəsində mütəxəssislər kadr hazırlığı və sosial məsuliyyət xüsusunda bazar iştirakçılarının öhdəliklərini, eləcə də istedad axtarışı sistemləri, təlim proqramları və əməkdaşların daha da məhsuldar olmalarına kömək edən digər texnologiyaların işlənib hazırlanmasını, məhsuldarlığın qiymətləndirməsi sistemlərini, kadr ehtiyatının formalaşdırılmasını və digər məsələləri müzakirə edəcəklər. 

Konfransın baş sponsoru qismində SOCAR, qızıl sponsorlar qismində BP, "General Electrics” və "Snam”, gümüş sponsor qismində "Inpex”, bürünc sponsorlar qismində isə "Caspian Geophysical”, "Dentons”, "Nobel Oil Upstream”, "SAP”, "Schlumberger”, "Statoil”, "Total” şirkətləri çıxış edir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol