• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatr “Multikulturalizm ili” çərçivəsində Masallı rayonunda çıxış etdi

Musiqili Teatr “Multikulturalizm ili” çərçivəsində Masallı rayonunda çıxış etdi
24.05.2016 19:57
Azərbaycan Dövlət Musiqili Teatrı 23 may 2016-cı il tarixində Masallı rayonunda çıxış edib.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası Masallı rayon Mədəniyyət Evində balaca tamaşaçılara təqdim olunub. "Dəcəl çəpişlər” tamaşası Azərbaycanın əbədiyaşar sənətkarlarından olan Mikayıl Müşfiqin məşhur "Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb.
 
 
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə "Multikulturalizm ili” elan olunub. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə əlaqədar 20.04.2016-cı il tarixli əmr imzalayıb. Əmrə əsasən il boyu ölkənin müxtəlif  bölgələrində mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Teatrımızın cari repertuarındakı O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşasının Masallı rayon Mədəniyyət Evində nümayişi də "Multikulturalizm ili” ilə bağlı Tədbirlər Planının tərkib hissəsidir”, -deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.
 
 
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əhəd Hacıyev, quruluşçu-baletmeystləri Leyla və Zakir Ağayevlər, geyim üzrə rəssamı Yelena Almazova, rejissor-assisenti Elməddin Dadaşovdur. Tamaşada rolları Güldanə Əzimova, Ağaxan Şərifov, Gülçöhə Abdullayeva, Şaban Cəfərov, Əmrah Dadaşov, Fərid Rzayev, Elnarə Nağdəliyeva və Gülnarə Əzizova ifa ediblər.
 
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol