• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda bu həftə 7 tamaşa nümayiş olunacaq - Fotolar

Musiqili Teatrda bu həftə 7 tamaşa nümayiş olunacaq - Fotolar
25.05.2016 21:49
Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə 7 tamaşa nümayiş olunacaq.
 
Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 25, 26, 27, 28, 29 may tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq "999-cu gecə” (F. Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında), "Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), "Qızıl cücə” (V. Ulanovski, V. Orlov), "Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), "Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyanski) və "Baladadaşın toy hamamı” (Elçin) tamaşalarından gedir. Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Almaz Ələsgərli, Emma Məlikova, Svetlana Bulax, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Marina Litvenonko, Emil Heydərov, Ülviyyə Əliyeva, Nadejda Povelitsina, Elçin İmanov, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Əli, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Fərid Rzayev, Rauf Babayev, Nigar Qarayeva, Gülnarə Kərimbəyova, Elməddin Dadaşov, Rahib Məmmədzadə, Nahid İsgəndərzadə və başqalarının ifalarını izləyə biləcəklər.
 
 
Qeyd edək ki, Musiqili Teatr bu həftə də balaca və rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 28 may tarixində saat 12.00-da V. Ulanovski və V. Orlovun "Qızıl cücə”, 29 may tarixində saat 12.00-da isə R. Ağayeva, A. Xayt və A. Kurlyanskinin "Bir dayan, canavar!” əsərləri rus dilində uşaqlar üçün nümayiş olunacaq.
 
 
Dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur "Min bir gecə” baletinin musiqiləri, ölməz, məşhur mahnıları və "Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan "999-cu gecə” böyüklər üçün nağıl-tamaşasının premyerası da məhz bu həftə - 25-26 may tarixlərində saat 19.00-da baş tutacaq. Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru İradə Gözəlovadır.
 
 
Azərbaycan Dövlət Musiqili Teatrı yekunlaşmaqda olan may ayını xoş notlarla başa vurmaq arzusunda olan hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.








Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol