• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibsiz heyvanların müdafiəsi üçün xeyriyyə sərgisi - FOTO

Sahibsiz heyvanların müdafiəsi üçün xeyriyyə sərgisi - FOTO
26.05.2016 13:04
Rüstəm Qasımov

Bir müddət əvvəl Alman-Azərbaycan mədəniyyət mərkəzi Kapelhausda sahibsiz heyvanların müdafiəsi üçün xeyriyyə sərgisi təşkil olunmuşdu. Sərginin devizi beləydi: "Mən danışa bilmirəm. Sən mənim səsimsən".

Layihə Azərbaycan Mədəniyyət Konsulluğu, Azərbaycandakı Avropa İttifaqı nümayəndəliyi, TISA beynəlxalq məktəbləri və "Baku Street Dog Rescue" (BCDR) sahibsiz itlərin müdafiəsi təşkilatının birgə təşkilatçılığı və "Second Cup" şirkətinin maliyyə dəstəyi  ilə baş tuturdu. 

Tədbirin açılış mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Toralf Pils çıxış etdi və qeyd etdi ki, xeyriyyə sərgisinin ekspozisiyasına daxil olan sənət nümunələri həm küçələrdə yaşayan heyvanların problemlərini, həm də onlarla insanlar arasındakı qarşılıqlı əlaqələri qabardır: "Layihənin məqsədi Azərbaycan cəmiyyətini sahibsiz heyvanların problemləri barədə məlumatlandırmaq, insanlığı həssaslığa və məsuliyyətə dəvət eməkdir". 

Qeyd edək ki, xeyriyyə sərgisində əldə olunan gəlir  BCDR fonduna veriləcək. 

Ekspozisiyaya gəldikdə isə bura rəsm, heykəltaraşlıq, qrafika və fotoqrafiya sahəsinin müxtəlif janrlarında işlənmiş işlər daxil idi. Azərbaycanlı rəssamlar arasında həm təzə başlayanlar, həm də artıq öz fırçasını təsdiq eləmiş şəxslər var idi: Səbinə Şıxlinskaya, Anar Hüseynzadə, Yelena Haqverdiyeva, Rüstəm Hüseynov, Ülviyyə Nəsibova, Nuray Allahverdiyeva, Aynir Mirzəyeva, Nərgiz Xəlilzadə, Esmira Güləhmadova, Nicat Muxtarlı, Rəna Rəhimova, Könül İsmayılova, Banuçiçək Abdullazadə, Arzu Mürvətova, Günel Məmmədova, Vüsalə Yunusova, Azad Aslanov və başqaları. 

Yeri gəlmişkən sərgidə azərbayanlı rəssamlardan savayı xarici ölkələrdən olanlar da vardı, məsələn, Çarli Teros, Debora Skot kimi. 

Mədəniyyət, maarif, elm və təhsili təbliğ edən ANN.Az portalı paytaxtımızda baş tutan mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur, bu dəfə oxucularımıza "Mən danışa bilmirəm. Sən mənim səsimsən" sərgisindən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 



























www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol