• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın həftəsonu repertuarı

Musiqili Teatrın həftəsonu repertuarı
29.05.2020 11:32
Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu da maraqlı tamaşalar nümayiş olunacaq.
 
Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, 3, 4, 5 iyun tarixlərində saat 12.00 və 19.00-da "Qafqazlı qardaşqızı” (R. Hacıyev), "Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), "Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), və "Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) tamaşaları təqdim olunacaq.
 
Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Emma Məlikova, Boris Qrafkin, Almaz Ələsgərli, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Nadejda Povelitsina, Emil Heydərov, Ülviyyə Əliyeva, Elçin İmanov, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nicat Əli, Elnarə Nağdəliyeva, Fərid Rzayev, Rauf Babayev, Nigar Qarayeva, Gülnarə Kərimbəyova, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Dövlət Musiqili Teatrı bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 3 iyun tarixində saat 19.00-da korifey bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyevin  "Qafqazlı qardaşqızı” iki hissəli operettası rus dilində yeni quruluşda 10-cu dəfə nümayiş olunacaq. 

Azərbaycan Dövlət Musiqili Teatrı iyun ayının ilk həftəsini təbəssümlə, gülüşlə yekunlaşdırmaq istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.
 







www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol