• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş KGB generalı: Sovet ziyalılarının 90 faizi bizə işləyirdi

Keçmiş KGB generalı: Sovet ziyalılarının 90 faizi bizə işləyirdi
28.05.2020 20:43

Keçmiş Sovet vətəndaşı, KGB-nin xarici kəşfiyyat şöbəsinin keçmiş rəisi, hazırda ABŞ-da yaşayan KGB generalı Oleq Kalugin "Эхо России" jurnalına verdiyi müsahibədə bir sıra tanınmış sovet şəxsiyyətlərinin keçmişdə onun idarəsilə əməkdaşlıq etməsindən danışıb.

Jurnalın "Sirr deyilsə, sizin səlahiyyətlərinizə nələr daxil idi" sualına o, belə cavab verir:

"Sovet ziyalıları ilə məşğul idim... Onlar arxiv materiallarından da bildiyiniz kimi, danışmağı xoşlayırdılar. Mən Leninqradda KGB-nin idarə rəisinin birinci müavini olanda arxivə də girişim vardı, sənədlərə baxmaq imkanım olurdu... Məni ilk növbədə ümumittifaq məsələlər maraqlanırdı. Arxivdə elə sənədlər tapmışdım ki, ziyalıların KGB agentləri olduğunu aydın göstərirdi. Sovet ziyalılarının 90 faizi dövlət təhlükəsizlik orqanlarına işləyib.

Bəziləri bunu karyerada yüksəlmək üçün edirdi, bəziləri pul xatirinə, amma çoxu inanırdı ki, KGB ali missiya yerinə yetirir və orqanlara kömək etmək lazımdır. Mənim hətta indi cibimdə bir siyahı var, amma onu sizə göstərməyəcəm..." (Azadliq.org)

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol