• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın aktrisası Beynəlxalq festivalın Qala gecəsində çıxış edəcək

Musiqili Teatrın aktrisası Beynəlxalq festivalın Qala gecəsində çıxış edəcək
03.06.2016 22:56
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Respublikanın Əməkdar artisti Nərgiz Kərimova Ukraynada keçiriləcək Beynəlxalq festivala dəvət alıb.
 
Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Nərgiz Kərimova 2016-cı il 4-5 iyun tarixlərində IV "O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalında Azərbaycanı təmsil edəcək. Dövlət Musiqili Teatrının aktrisasını bu mötəbər tədbirə Kiyev Akademik Operetta Teatrı dəvət edib. "O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalı dördüncü dəfə keçirilməsinə baxmayaraq, dünyada kifayət qədər böyük şöhrətə və nüfuza malikdir. Bir çox Beynəlxalq müsabiqələrin laureatı olan Əməkdar artist Nərgiz Kərimova sözü gedən festivalın Qala gecəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin dünya şöhrətli "Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın "Maritsa” əsərindən Maritsanın ariyasının ifa edəcək. Tədbirdə Nərgiz Kərimova ilə yanaşı Almaniya, Belarus, Avstriya, Polşa, Gürcüstan, Kanada, Çex Respublikası və başqa ölkələrin tanınmış sənətçiləri də çıxış edəcəklər.

Qeyd edək ki, IV "O-FEST” Beynəlxalq Opera, Operetta və Müzkl festivalı Kiyev Akademik Operetta Teatrında keçiriləcək.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol