• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “Multikulturalizm” jurnalı işıq üzü görəcək

Azərbaycanda “Multikulturalizm” jurnalı işıq üzü görəcək
06.06.2016 17:41
Nəşr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA və Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsidir

Azərbaycanda "Multikulturalizm” jurnalı işıq üzü görəcək. 

Bu barədə "Report"a Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətindən bildirilib.

Nəşr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsidir. 

"Multikulturalizm” jurnalı Azərbaycan Prezidentinin sərəncamı ilə "Multikulturalizm ili” elan edilməsi haqqında  nəzərdə tutulan tədbirlər planı çərçivəsində yaxın günlərdə buraxılacaq.
Jurnal "Azərbaycançılıq”, "Çoxmədəniyyətlilik”, "Terror multikulturalizmə qarşı”, "Homo sapiens”, "Tariximiz, bugünümüz”, "Höte zalı” və s. rubrika və bölmələrdən ibarət olacaq. Azərbaycan ədəbiyyatına ayrılan bölmə müasir ədəbiyyatımızın banisi Mirzə Fətəli Axundovun şərəfinə "Axundov zalı” adlandırılıb.

"Multikulturalizm”in tərəf-müqabili” adlı rubrikada tanınmış ziyalılarla ədəbi-estetik, mədəni-fəlsəfi problemlərə həsr olunmuş müsahibələr dərc etmək nəzərdə tutulur.
Jurnalın "Region” bölməsində hər dəfə Azərbaycanın bölgələrindən birinin ədəbi mənzərəsini təqdim ediləcək. 

Jurnalın ilk nömrəsində respublikamızın şimal bölgəsində yaşayıb-yaradan qələm adamlarının yaradıcılığından nümunələrlə, konkret desək, Qubada fəaliyyət göstərən "Ay işığı” ədəbi məclisində təmsil olunan şair və yazıçıların əsərləri, eləcə də, Azərbaycanda yaşayan dağ yəhudiləri icması təmsilçilərinin və Qusar şairlərinin şeirləri təqdim olunacaq.

Jurnalda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycançılıq-milli ideologiyanın kamil nümunəsi”, AMEA prezidenti, akademik Akif Əlizadənin "Точная идеологическая чел-мултикултурализм”, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin "Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək...”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "Azərbaycan multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur” məqalələri yer alıb.

Bundan başqa, jurnalda tanınmış yazarlar - Nəriman Qasımoğlu, Şərif Ağayar, Aqşin Yenisey, Qan Turalı, Sevda Sultanova, Ramilə Qurbanlının müxtəlif mövzularda maraqlı yazıları da var.
Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşan tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. "Multikulturalizm” jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində quracaq. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol