• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni çap olunan kitablar

Bakıda yeni çap olunan kitablar
07.06.2016 19:52
QANUN nəşriyyatından 4 yeni kitab gəldi

Bunlar son zamanların popular yazıçılarından Coco Moyesin "Səndən öncə mən” və yenə həmin müəllifin "Səndən sonra”, OSHO-nun "Bizə sevgidən danışın” və Joze Saramaqonun "Korluq” kitablarıdır.

JOZE SARAMAQO "KORLUQ”

Nəşr edildikdən sonra Avropada böyük ajiotaj yaradan əsərin arxa fonunda çox böyük ictimai-siyasi-mədəni tənqid dayanır. Təkcə ədəbi yaradıcılığı ilə deyil, siyasi fəaliyyəti ilə də seçilən, həyatının sonuna qədər kommunizmə, sol ideyalara sadiq qalan portuqal yazıçının bu romanı yeni dövrə, kapitalizmə və onun gətirdiyi naqisliklərə qarşı yazılmış ən möhtəşəm əsərlərdən biri sayılır. Amma ədəbi əsəri təkcə hansısa ideologiyanın çərçivələrində şərh eləmək də düzgün olmazdı.

Dahiyanə «Korluq» romanını oxuyan istənilən dünyagörüşə sahib oxucu orada özü üçün faydalı, öz dünyasının qaranlıq bucaqlarına işıq salan fikirlərlə qarşılaşacaq. Bu roman müasir ədəbiyyatın şedevrlərindən biri sayılır.

Tərcümə: Nadir Qocabəyli

COCO MOYES "SƏNDƏN ÖNCƏ MƏN”

Luiza Klark adi bir həyat yaşayan, öz balaca kəndindən bir addım belə qırağa çıxmayan sadə qızdır. O, işə olan ehtiyacı üzündən qəza nəticəsində ömürlük əlil arabasında yaşamağa məhkum olmuş Uill Treynora baxmaq məcburiyyətindədir. Uill hər zaman dəbdəbəli həyat yaşayıb. Bütün həyatı ekstremal idman növlərində, dünya səyahətlərində keçib – indi isə bu cür yaşamağa davam gətirməyəcəyinə əmindir...

"Səndən öncə mən” "Sevdiyiniz insanı onun sizin qəlbinizi qırdığını bilə-bilə necə xöşbəxt etməli?” sualına cavab verən romantik romandır.

Tərcümə: Fidan Cəfərzadə

COCO MOYES "SƏNDƏN SONRA”

Luiza Klarkın həyatından, sevdiyi insana sədaqətindən bəhs edir. O, Treynora qulluq etdiyi müddətdə aralarında sevgi yaranır. Oğlan ağrılara dözə bilməyib intihar edir. Bundan sonra Luiza onu unutmağa çalışsa da bacarmır. Xarici ölkələrə səyahət edir, müxtəlif adamlarla tanış olur, ancaq onu unuda bilmir, vətəninə qayıdır. Doğma şəhərindən aralıda yerləşən Londonda, bir barda iş tapır. Sevdiyi oğlan ona pul qoyub gedir, həmin pulla ev alır.

Bir gün fikirli halda yaşadığı binanın damına çıxarkən səs eşidib diksinir, ayağı sürüşüb damdan yıxılır, sağ qalır. Luiza dama çıxanda onu qorxudan səsin sahibi Lili Houqton-Millerdir – Treynorun qızı. O, ölənəcən qızının varlığından xəbər tutmayıb....

Tərcümə: Sevil Gültən

OSHO "BİZƏ SEVGİDƏN DANIŞIN”

Livan şairi Xəlil Cübranın ən mükəmməl kitabını şərh etməklə sufi-şair Osho müasir həyatımızın vacib problemlərinə müraciət edir və göstərir ki, bütün nevroz və psixozların səbəbi çox sadədir: bizim qəlbimiz üçün əsas "qidalandırıcı element” – nə sahiblik etmək, nə də nəzarət edilməyə çalışan sevgi çatmır...

Tərcümə: Ağca Qasımova



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol