• $
  • €
  • ₽
  • ₺
  • £

Hekayə müsabiqəsi - 15000 mükafat

Hekayə müsabiqəsi - 15000 mükafat
07.06.2016 20:10
Ankarada yerləşən Avrasiya Yazarlar Birliyi növbəti - IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsini keçirir.

Birlikdən Kulis.az verilən məlumata görə, əsərlərin qəbulu 15 avqust 2016-cı il tarixinədək davam edəcək.

Ölkələrdə dərəcəyə girənlərin elan olunması sentyabrın 30-u, beynəlxalq dəyərləndirmə oktyabr-noyabr aylarında, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrda Qazaxıstanın Almatı şəhərində baş tutacaq. Ölkələr üzrə münsif heyəti ədəbiyyat jurnalları və Yazıçılar Birlikləri tərəfindən müəyyən edilən beş yazıçıdan ibarət olacaq.

Ayrı-ayrı ölkələrdə birinci yerə 3000, ikinci yerə 1500, üçüncü yerə görə 1000, beynəlxalq mükafatı qazananlara, müvafiq olaraq, 15000, 10000, 7500 və həvəsləndirici kimi 2500 Türkiyə Lirәsi veriləcək.

Müsabiqəyə təqdim olunan əsərlər daha əvvəl heç bir müsabiqədə mükafat almamalı və hər hansı bir yerdə dərc edilməməlidir.

Hekayə üçün mövzu seçimi sərbəstdir. Ən çox iki ayrı hekayə ilə iştirak etməyin mümkün olduğu müsabiqəyə göndərilən hekayələrin hər biri ən az 1.000 (bir min), ən çox 10.000 (on min) sözdən ibarət olmalıdır.

Azərbaycanda müsabiqəyə təqdim olunan əsərlər bu ünvana şəxsən, e-poçt və ya poçt vasitəsilə çatdırıla bilər: Bakı şəhəri, Əhməd Cəmil küçəsi-64/66. "525-ci qəzet”. Cəmilə Cəfərova. Telefon: (012)510-28-83, (012)538-10-53; 050 263 72 13. E-mail: [email protected] 

Müsabiqəyə göndərilən hekayələrin üzərində sadəcə təxəllüs yazılmalıdır. Təxəllüsdən başqa yarışmaçının şəxsiyyətini göstərən ad, soyad və ya hər hansı bir işarənin olması o hekayənin müsabiqəyə buraxılmamasına səbəb olacaq. Yarışmaçı adını, soyadını, ünvanını, tərcümeyi-halını və 1 ədəd şəklini ayrı bir zərfə qoyaraq üzərinə sadəcə təxəllüsünü yazıb, hekayənin qoyulduğu böyük zərfin içinə qoymalıdır. Kompüterdə 12 şrift ilə yazılacaq hekayələr 6 nüsxə olaraq göndərilməlidir. Müsabiqədə iştirak edəcək hekayələrin mətnləri geri göndərilməyəcək və mətnin sahibinin bu mövzuda etirazı qəbul edilməyəcək. Müsabiqədə mükafat qazanan əsərlərin bütün haqları Avrasiya Yazıçılar Birliyinə məxsusdur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol