• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatr “Multikulturalizm ili” çərçivəsində Xacmazda

Musiqili Teatr “Multikulturalizm ili” çərçivəsində Xacmazda
09.06.2016 21:46
Azərbaycan Dövlət Musiqili Teatrı Xaçmaz rayonunda maraqlı tamaşa ilə çıxış edib.
 
Qurumun mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, V. Ulanovski və V. Orlovun uşaqlar üçün "Qızıl cücə” iki hissəli musiqili nağıl-tamaşası Xaçmaz rayon Mədəniyyət Evində balaca tamaşaçılara təqdim olunub. 

"Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı il Azərbaycanda "Multikulturalizm ili” elan olunub. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müvafiq əmr imzalayıb. Əmrə əsasən il boyu azsaylı xalqların yaşadığı müxtəlif  bölgələrdə mədəni-kütləvi tədbirlərin keçirilməsi, tamaşaların nümayişi planlaşdırılır. Teatrımızın cari repertuarındakı V. Ulanovski və V. Orlovun "Qızıl cücə” iki hissəli musiqili nağıl-tamaşası Xaçmaz rayon Mədəniyyət Evində "Multikulturalizm ili” ilə bağlı Tədbirlər Planının tərkib hissəsi olaraq nümayiş olunub. Bundan öncə isə Masallı rayonunda yenə də uşaqlar üçün  O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşasını balacalara hədiyyə etmişdik”, -deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Svetlana Bulax, rejissor-assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Marina Litvinenko, Rauf Babayev, Gülnarə Kərimbəyova, Murad Əliyev, Roman Krasnov və Cəlalə Novruzlu ifa ediblər.
 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol