• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc Tamaşaçılar Teatrının fəaliyyəti Beynəlxalq ASSİTEJ-in jurnalında

Gənc Tamaşaçılar Teatrının fəaliyyəti Beynəlxalq ASSİTEJ-in jurnalında
09.06.2016 23:00
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Beynəlxalq ASSİTEJ-in iyun ayı üçün növbəti xəbərlər bülleteninin elektron versiyası işıq üzü görüb. 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iyun ayında həyata keçirdiyi layihələr və beynəlxalq teatr festivallarında iştirak etməsi barədə məlumatlar ASSİTEJ-in xəbərlər kitabında çap olunub. 

Elektron jurnalda Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin may ayının sonlarında iştirak etdiyi Rusiya Federasiyası Orenburq vilayətində keçirilmiş "Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalı və Böyük Britaniyada  fəaliyyət göstərən "UMUD Ltd Company” şirkətinin dəvəti ilə iştirak etdiyi qastrol səfəri haqqında ətraflı məlumat yer alıb. Aylıq jurnalda həmçinin, Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Asya Atakişiyevanın cari ilin iyun ayının 1-dən – 28-dək Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbində iştirakı qeyd olunub.  

Jurnalda son olaraq cari ilin iyun ayında teatrın ənənəvi olaraq Azərbaycanın bölgələrinə qastrol səfəri haqqında qeyd olunub. Qastrol səfəri Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə hər il ənənəvi olaraq həyata keçirilir.  
 
Məlumat üçün bildirək ki, bu elektron jurnalda Beynəlxalq ASSİTEJ-ə üzv olan dünyanın 108 aparıcı ölkəsinin teatr xəbərləri dərc olunur. 



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol