• $
  • €
  • ₽
  • ₺
  • £

Cəmil Hüseynovun rəsm sərgisi: İşıq və kölgədə rəqs - FOTO

Cəmil Hüseynovun rəsm sərgisi: İşıq və kölgədə rəqs - FOTO
16.06.2016 17:00

Bakıda gənc və istedadlı rəssam Cəmil Hüseynovun fərdi rəsm sərgisi keçirilib. 

Chiaroscuro - "İşıq və kölgə", belə baxanda sadədir. Ancaq bir balaca yaxın durub dərin baxan kimi, anlayırsan ki, bu sözlərin arxasında nə qədər məna və fəlsəfə gizlənib. Bu sözlərdəki fəlsəfə mürəkkəbdir, eyni zamanda isə çox maraqlıdır. 

Cəmil öz şəkillərində işıq və kölgədən çox məharələ istifadə edir. Bu şəkilləri hərə bir cür görür. Kiməsə işıq maraqlıdır, kiməsə isə kölgələr. İntəhası məhz bu oyunun sayəsində sən rəsmi reallıq kimi qəbul edirsən. Axı bizim bütün həyatımız da xeyir (işıq) və şərin (kölgə) mübarizəsidir. Təsadüfi deyil ki, rəssam öz ilk sərgisinin adını məhz belə qoyub. 

"Qız qalası" qalereyasında 11-13 iyun tarixlərində keçirilən sərgini rəsmsevərlər böyük maraqla qarşılayıblar. 

Cəmil Quliyev 1987-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Qərb universitetinin dizayner və interyer ixtisası üzrə məzun olub. Bundan sonra isə Cəmil rəsm təhsilini İtaliyanın Florensiya şəhərində davam etdirmək qərarına gəlib. O, 2010-2013-cü illərdə Çarlz X. Sesilin studiyasında təhsil alıb. Məhz burada da sənəti dərindən öyrənməyə və qədim ustaların fırçalarının sirlərini əxz etməyə başlayıb. 

Van Deyk Rubens, Velaskes, Rembrandt, Tisian və Karavaco kimi rəssamlların işləri gənc rəssam üçün ilham mənbəyi olub. Məhz bu rəssamlar ona öz yolunu, öz üslubunu, öz imzasını tapmaqda kömək edib. 

Florensiyada təhsil aldığı zaman Cəmil hər biri ayrılıqda unikal olan portretlər seriyası yaratmağa müvəffəq olub. Ancaq eyni zamanda qalereyada sərgilənən bütün portretlər heyratamiz formada emosiya, baxış və ovqatı ifadə edir. Siz portretə baxdığınız zaman insanı, onun heyratamiz, harmonik-proporsional çılpaq naturasını görürsünüz. 

Rəssam tamaşaçıya onun öz dünyasına birbaşa və tərəddüdsüz baxmağı təklif edir. O sanki fikirləşməyi və analiz etməyi təklif edir. 

Cəmil Hüseynovun işləri ənənəvi rəsm maneralarından fərqlənir. O çox kasad palitradan istifadə edir. Ancaq işıqdan istifadə etməklə, təbiiliyə daha çox yaxınlaşır. Rəssam işıqdan və kölgədən istifadə etməklə əsərə xüsubi bir reallıq qatır. 

Rəssamı fərdi sərgi münasibətiylə təbrik edir, tamaşaçılara isə bu gözəl rəsm işlərindən bir daha görməyi arzulayırıq. 

Xoş seyrlər:  
 






www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol