• $
  • €
  • ₽
  • ₺
  • £

Nobel mükafatçısının əsəri Azərbaycan dilində

Nobel mükafatçısının əsəri Azərbaycan dilində
20.06.2016 15:36
QANUN nəşriyyatından yeni kitablar 

QANUN nəşrlər evində yeni kitablar nəşr olunub. Bu,  Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü” və Ahmet Hamdi Tanpınarın "Beş şəhər” adlı kitablarıdır. 

"Əgər müharibə unudulmursa, çoxlu nifrət hissi yaranır. Əgər unudulursa, yenisi başlayır”

Svetlana Aleksiyeviç 

"MÜHARİBƏNİN QADIN OLMAYAN ÜZÜ”

Müharibənin qadın olmayan üzü” romanı İkinci  Dünya müharibəsində iştirak edən yüzlərlə müharibə iştirakçısı olan qadının dilindən qələmə alınan, bədii psixoloji rənglərlə zəngin bir əsərdir. Müəllif bu romanı ilə müharibəyə olan nifrətini tam olaraq aça bilib və bütün bəşəriyyəti müharibəyə nifrət bəsləməyə səsləyib. Roman emosional duyğular, kövrək anlar, müharibə iştirakçısı qadınların müxtəlif dövrlərindən bəhs edən həyat lövhələri ilə diqqət çəkir.

Tərcümə: Əyyub Qiyas


"Biz nə idik, nəyik və hara gedirik?”

 Ahmet Hamdi Tanpınar

"BEŞ ŞƏHƏR”

 "Beş şəhər” tarixi xatirə üslubunda qələmə alınıb. Ahmet Hamdi Tanpınar bu əsərdə həyatının təsadüfləri olan Ankara, Ərzurum, Konya, Bursa və İstanbul şəhərlərindən söz açır. 

Səyahət kitabından, yaxud səyahətnamədən fərqli olaraq, yazıçı tarixi məlumat, quru gəzinti bələdçiliyi, şəhər coğrafiyasından kənara çıxır, mənəviyyat, sənət, estetika, mədəniyyət və elm xəzinəsinə müraciət edir.

"Beş şəhər” əsəri, əslində, köhnə ilə yeninin daimi toqquşmasından bəhs edir. Tanpınar xatirələriylə zənginləşdirdiyi keçmişə bu günün pəncərəsindən baxır.

Tərcümə: Nəriman Əbdülrəhmanlı


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol