• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə ölkənin ən böyük kitab mağazası açıldı

Gəncədə ölkənin ən böyük kitab mağazası açıldı
21.06.2016 19:24
"GƏNCƏDƏ ÖLKƏNİN ƏN BÖYÜK KİTAB MAĞAZASI AÇILIB"

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə axır ki, şəhər əhalisinin sayına uyğun böyük kitab mağazası açılıb. Bu eyni zamanda ölkə üzrə ən böyük kitab mağazasıdır. "Kitabevim.az” adlı mağazalar şəbəkəsinin filialı olan mağaza Gəncə çayın sahilində, Yeni Park Bulvar ərazisində yerləşir. Mağaza biri zirzəmidə olmaqla 4 mərtəbədən ibarətdir. Bu barədə "Kitabevim.az”-ın icraçı direktoru Emin Sadıqov "Oxu Zalı"na məlumat verib. O, bildirib ki, "Gəncə şəhər İcra hakimiyyəti bu binanı sırf kitab evi olaraq tikdirib. Kitabevim.az-ın Bakıdakı 4 illik fəaliyyəti uğurlu olduğuna görə məhz burada mağaza açmaq təklifi də ilk bizə edildi. Bu təklif də bizi maraqlandırmaya bilməzdi. Çünki artıq uzun müddətdir ki, regionlarda belə bir mağaza açmaq barəsində düşünürdük. Paytaxtdan kənarda yaşayan həmyerlilərimizin yeni çap edilən kitablardan məlumatsız qalmaları, kitaba istədikləri vaxt əllərinin çatmamağı bizi də narahat edirdi. Buna görə də biz bu təklifi yüksək qiymətləndirdik və qısa vaxt ərzində Gəncədə yeni mağazamızı açdıq”. 

Emin Sadıqov Kitabevim.az-dakı bütün xidmətlərin Gəncədəki kitab mağazasında da təqdim edildiyini bildirib: "Mağazanın iki mərtəbəsi kitab üçün, digər iki mərtəbəsi isə "Kitab kafe” və oxu zalı kimi nəzərdə tutulub. Bununla yanaşı "Kitabevim.az” da "Qoy – Götür” bölməsi fəaliyyət göstərəcək. Burada imkansız oxucularımız ödəniş etmədən kitabları 10 günlüyünə götürüb oxuya biləcəklər. Həmçinin "Bukinist” bölməsində çətin tapılan köhnə kitablar oxucular üçün təmin ediləcək. Bir şeyi də qeyd edim ki, adətən bölgələrdəki oxucularımız yaşadıqları ərazilərdə kitabların baha olduğundan şikayətlənirlər. Ancaq Kitabevim.az Bakıdakı mağazamızla eyni bazadan idarə edildiyi üçün bütün kitablar paytaxtakı qiymətə təqdim ediləcək". (Azadliq.org)

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol