• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ancaq qadınlar üçün elmi müsabiqə keçirilir

Azərbaycanda ancaq qadınlar üçün elmi müsabiqə keçirilir
21.06.2016 13:47
Azərbaycanda çap olunan "Elmi Spektr" jurnalı elmdə gender bərabərsizliyi məsələsini gündəmə gətirmək, bu problemin həllinə yardımçı olmaq məqsədiylə elmi mövzuda yazı müsabiqəsi keçirir.

​Müsabiqə Azərbaycanda ilk film aktrisası və eyni zamanda, ilk qadın kimya professoru olan İzzət Orucova həsr edilir. 

Bu haqda jurnal öz facebook səhifəsində məlumat verib.

 "Ümumi götürdükdə, bu gün dünyada bərabər sayda qadın və kişi fəlsəfə doktoru (PhD) dərəcəsinə yiyələnsə də, karyerasını akademiyada davam etdirən qadınların sayı kişilərə nisbətən hələ də çox kiçikdir (~20%). Elmi təşkilatların və komissiyaların idarə heyətlərinə baxdıqda isə, bu rəqəm daha da kiçilir. Oxşar, hətta daha da acınacaqlı vəziyyət ölkəmizdə də müşahidə olunur. Azərbaycan Milli Elmlər Akademiyasının 178 üzvündən cəmi 19-nun qadın olması faktı bunun əyani sübutudur. Çox uzağa getməyək, jurnalımızın redaksiya heyətində sadəcə bir qadın üzvün olması ilə yanaşı, qadınlar oxucu kütləmizin yalnız 30%-ini təşkil edir. Elmdə gender bərabərliyinə nail olmaq, qadınları bu sahəyə həvəsləndirmək və karyera qurmaq şanslarını artırmaq üçün bütün dünyada müxtəlif təşəbbüslər, proqramlar və təqaüdlər mövcuddur. Elmi Spektr jurnalı olaraq, biz də bu axına qoşulur, cəmiyyətimizdə qadınların elmə marağının artması və elmi bir təşəbbüsdə təmsil olunması üçün bu müsabiqəni elan edirik". - deyə jurnalın  yaradıcı heyyəti bəyənatında bildirir. 

Müsabiqədə iştirak etmək istəyənlər, şərtlərlə aşağıdakı ünvanda tanış ola bilərlər:

info517493.wix.com/elmispektr#!qaydalar/azw7h
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol