• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın Şamaxı səfəri başa çatdı

Musiqili Teatrın Şamaxı səfəri başa çatdı
23.06.2016 21:07
Azərbaycan Dövlət Musiqili Teatrı Şamaxı rayonunda qastrol səfərində olub.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 22 iyun tarixində baş tutan səfər zamanı Şamaxı tamaşaçılarına Faiq Sücəddinov və Tamara Vəliyevanın "Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası təqdim edilib. Şamaxı rayon Mədəniyyət Mərkəzində nümayiş olunan səhnə əsəri tamaşaçıların böyük marağına səbəb olub. Maraqlı və komik hadisələrlə zəngin olan tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.Tamaşada rolları Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Gültac Əlili, Elxan İsmayılov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa ediblər.

Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Dövlət Musiqili Teatrı O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası ilə Masallı rayonunda, V. Ulanovski və V. Orlovun "Qızıl cücə” iki hissəli musiqili nağıl-tamaşası ilə isə Xaçmaz rayonunda çıxış edib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol