• $
  • €
  • ₽
  • ₺
  • £

“Amburan Mall”da “CinemaPlus” kinoteatrı açılır

“Amburan Mall”da “CinemaPlus” kinoteatrı açılır
30.06.2016 13:50
 İyul ayında Xəzər sahilində müasir premium kinoteatr açılır. Yeni "CinemaPlus” adlanan kinoteatr Amburan Bilgəh qəsəbəsində "Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşir.

"Cinemaplus" Amburan 164 yerdən və 3 zaldan ibarətdir. Kinoteatrın zalları İspaniya istehsalı olan yüksək keyfiyyətli rahat kreslolarla təchiz edilmişdir. Həmçinin "CinemaPlus” Amburan kinoteatrında Master İmage 3D texnologiyası tətbiq olunur.

Bundan əlavə VİP zalda tamaşaçılar şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş edə bilərlər.

Kinosevərlərə unudulmaz anlar və mükəmməl istirahət bəxş etmək yalnız bununla bitmir. Təbii ki, əla film izləmək və bu istirahətdən həzz almaq popkorn və sərin içkilərsiz mümkün deyil. Belə ki, burada rahat və xoş istirahət üçün geniş çeşidə malik popkorn, şəkər pambığı və buzlu alkaqolsuz kokteyllər də təklif olunur.

Qeyd etmək istəyirik ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində "CinemaPlus” kinoteatrının açılışı keçirilib. Kinoteatr Nizami 8 ünvanında, "Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Həmçinin "CinemaPlus” 28 Mall, Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Daha ətraflı məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni "CinemaPlus” mobil əlavəsini yükləyin. 

itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8 
play.google.com/store/apps/details?id=com.promote.cinemaplus





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol