• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Xalça Muzeyinin əməkdaşları mükafatlandırıldı

Azərbaycan Xalça Muzeyinin əməkdaşları mükafatlandırıldı
30.06.2016 21:00
İyunun 30-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Xalça Muzeyində I Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar” adlı simpoziumu zamanı iş fəaliyyətində vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş bir qrup Azərbaycan Xalça Muzeyinin əməkdaşları "Təşəkkür bəlgəsi” ilə təltif olunublar.

Muzeyin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə,"Təşəkkür bəlgəsi” ni Azərbaycan Xalça Muzeyinin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin xanım Məlikova və Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım təqdim edib.

Qeyd edək ki, iyunun 2-3 tarixlərində baş tutan "I Beynəlxalq türk dünyasının ortaq dili - naxışlar” mövzusuna uyğun olaraq Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislər iştirak edib

"Türk dünyasının ortaq dili - naxışlar” adlı simpoziumun əsas məqsəd müxtəlif türkdilli dövlətlərdə və regionlarda naxışların tanıdılması, uzaq regionlarda yaşayan türk mənşəli xalqların naxışlarının ortaq bir şəkildə istifadə olunduğunu göstərmək, bu naxışların türk dünyası incəsənətindəki "ortaq dil” olduğu həqiqətini vurğulamaqdır. Bu sahədə elmi məclisin ilk olaraq Bakıda açılmsı xalça sənətinin Azərbaycanda qədim və şanlı tarixə malik olduğunu göstərir. Eyni zamanda xalça sənətinin ən çox inkişaf etdiyi bölgələrdən olan Qarabağın hazırda erməni təcavüzkarlarının nəzarətində olduğu üçün bu sənətin də işğala məruz qaldığını vurğulamaqdır.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol