• $
  • €
  • ₽
  • ₺
  • £

Rəfael Dadaşovun şərəfinı "Müfəttiş" - FOTOLAR

Rəfael Dadaşovun şərəfinı "Müfəttiş" - FOTOLAR
02.07.2016 14:40
Akademik Milli Dram Teatrında "Müfəttiş" komediyasının premyerası xalq artisti Rəfael Dadaşovun 70 illik yubileyinə həsr edilib

"Report" xəbər verir ki, tamaşa xalq artisti Rəfael Dadaşovun 70 illik yubileyinə həsr edilib.
Səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz (Anton Antonoviç Skvoznik Dmuxanovski), Rafiq Əzimov (Osip), əməkdar artistlər Elşən Cəbrayılov (İvan Aleksandroviç Xlestakov), Şəlalə Şahvələdqızı və Nigar Güləhmədova, (Anna Andreyevna), Kazım Həsənquliyev və Məzahir Cəlilov, (Artemi Filippoviç Zemlyanika), Elxan Quliyev (İvan Kuzmiç Şpekin), Aslan Şirin və Elnur Qədirov (Pyotr İvanoviç Dobçinski), Əlvida Cəfərov (Osip), Firuz Xudaverdiyev (Xristian İvanoviç Qibner), aktyorlar Rövşən Kərimduxt (Ammos Fyodoroviç Lyapkin-Tyapkin), İlahə Həsənova (Marya Antonovna), Rəşad Bəxtiyarov (Luka Lukiç Xlopov), Ramin Şıxəliyev və Cümşüd Zeynalov (Pyotr İvanoviç Bobçinski) və Elgün Həmidov (Svistunov, meyxana xidmətçisi, Mişka, Şeytan) çıxış ediblər.

Tamaşanın növbəti premyerası bu gün olacaq. Səhnə əsərində Anton Antonoviç Skvoznik Dmuxanovski obrazını xalq artisti Ramiz Novruz, Anna Andreyevnanı əməkdar artist Şəlalə Şahvələdqızı ifa edəcək. 
Qeyd edək ki, M.Mikayılov hazırda Novosibirskdə işləyir və Akademik Milli Dram Teatrında "Xanuma”, "Şah və şair, "İlahi oyun” tamaşalarına quruluş verib.

Xatırladaq ki, Azərbaycan səhnəsində müxtəlif illərdə tamaşaya qoyulan əsərə, Akademik Milli Dram Teatrının səhnəsində sonuncu dəfə görkəmli teatr rejissoru Mehdi Məmmədov quruluş verib. 1952-ci ildə oynanılan tamaşa N.V.Qoqolun vəfatının 100 illiyinə həsr edilib və əsəri Azərbaycan dilinə Sabit Rəhman tərcümə edib
 
 






www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol