• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Talıbov Əliqismət Lalayevi təbrik etdi

Vasif Talıbov Əliqismət Lalayevi təbrik etdi
04.07.2016 19:56
4 iyul 2016-ci il tarixində Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əliqismət Lalayevin 60 yaşı tamam olur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbov Əliqismət Lalayevə təbrik məktubu ünvanlayıb. 

"Sizi 60 illik yubileyiniz münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm. Naxçıvan teatrında başladığınız, Azərbaycan Dövlət Musiqili Teatrında davam etdirdiyiniz yaradıcılıq yolu, istedadlı rejissor və aktyor kimi yaratdığınız obrazlar və teatr tamaşaları, milli mədəniyyətimizə həsr olunmuş oçerk və məqalələr tükənməz istedadınızın məhsuludur. Böyük zəhmətdən keçən mənalı həyatınızda bundan sonra da Sizə uğurlar arzulayıram”, - deyə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış teatr xadimi Əliqismət Lalayevə ünvanlanmış təbrik məktubunda qeyd olunur.

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbova təşəkkürünü bildirib: "Bu təbrik məktubunu, bu diqqəti çox yüksək qiymətləndirirəm. Naxşıvan mənim gəncliyimin və arzularımın şəhəridir. Ona görə də bu təbrik mənə gəncliyim və arzularım qədər əzizdir”, - deyə Əliqismət Lalayev söyləyib.
 




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol