• $
  • €
  • ₽
  • ₺
  • £

Vidadi Nərimanbəyovun 90 illik yubiley sərgisi açılacaq

Vidadi Nərimanbəyovun 90 illik yubiley sərgisi açılacaq
06.07.2016 11:24

Azərbaycan Milli İncəsənət Muzeyində iyulun 15-də xalq rəssamı, mərhum Vidadi Nərimanbəyovun 90 illik yubiley sərgisi keçiriləcək.

Bu barədə "Report”a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin təşkilatçılığı ilə keçiriləcək sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri təqdim olunacaq. Vidadi Nərimanbəyovun əvvəllər yaratdığı və indiyədək geniş tamaşaçı kütləsi qarşısında heç vaxt nümayiş etdirilməyən bir neçə əsəri də bu sərgidə nümayiş etdiriləcək.

İyulun 9-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov 1926-cı ildə Fransanın Kann şəhərində anadan olub. Rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu, V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında alıb.

"Nədir günahımız?", "Düşmənin sevinci...", "Yolda" və s. əsərlən onu özünəməxsus dəsti-xətti ilə seçilən, istedadlı rəssam kimi məşhurlaşdırıb. 1977-ci ildə Bakıda keçirilən fərdi sərgisində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib, onun yaradıcılığına qiymət verib. V.Nərimanbəyov təkcə Azərbaycanda deyil, eyni zamanda keçmiş SSRİ respublikalarında, Bolqarıstan, Rumıniya, Əlcəzair, Finlandiya, Çexiya, Macarıstan kimi dünyanın 20-dək xarici ölkəsində fərdi yaradıcılıq sərgilərini təşkil edib, ölkəmizin incəsənətini təbliğ edib. Rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Moskva Dövlət Tretyakov Qalereyasında, MDB və Avropa ölkələrinin muzeylərində saxlanılır.

V.Nərimanbəyov 1972- ci ildə Qrekov adına Qızıl medalla təltif olunub, 1982-ci ildə Azərbaycan xalq rəssamı fəxri adına layiq görülüb. 1972-1986-cı illərdə Azərbaycan Rəssamlar İttifaqında məsul vəzifələrdə çalışıb. 2001-ci ildə "Şöhrət" ordeninə layiq görülüb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol